EURO 2,0342 NEFT 56,86
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:23.06.2017 16:56:07

Abituriyentin ümumi balı hər fənn üzrə topladığı balların cəminə bərabərdir. Mümkün maksimal bal 200-dür.

Dövlət İmtahan Mərkəzi (DİM) 9 illik bazadan kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün balların hesablanması qaydasını açıqlayıb. DİM-dən verilən xəbərə görə, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanında (cari ilin məzunları üçün buraxılış imtahanında) imtahan nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir. Səhv cavablar abituriyentin ümumi balına təsir etmir. Abituriyentin ümumi balı hər fənn üzrə topladığı balların cəminə bərabərdir. Mümkün maksimal bal 200-dür.

Balların hesablanma qaydasına əsasən, imtahanın I mərhələsində imtahan iştirakçılarına Azərbaycan dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla, ümumilikdə, 30 test tapşırığı təqdim olunur. Balların hesablanması qaydasına görə iştirakçıların Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı test tapşırıqlarının hər biri 1 balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur. Beləliklə, imtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-a, ümumi bal 60-a bərabər olur.

İmtahanın II mərhələsində abituriyentlərin hər bir fənn üzrə 30 qapalı test tapşırığı təqdim olunur. Balların hesablanma qaydası isə aşağıdakı kimidir: 30:3x7=70

Beləliklə, imtahanın ikinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 70-ə, ümumi bal 140-a bərabər olur.

Qeyd edək ki, ixtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 40-dan və hər bir fənn üzrə balı 20-dən az olmayan abituriyentlər buraxılır.


Kolleclərə qəbul olmaq istəyənlər üçün balların hesablanma qaydası açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışını etdi
    Prezident İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.
     24.09.2017
    Aldadıb 13 min manatını əlindən aldı - Bakıda
    Bakıda dələduzluq hadisəsi baş verib.
     24.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ