EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:23.05.2019 09:57:40

Bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər.

Bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər.

Trend-in məlumatına görə, bakalavrlara bu hüquq, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda verilib.

Qaydalara əsasən, orta ixtisas təhsili pilləsində dövlət hesabına təhsil almaq üçün bakalavrlar Dövlət İmtahan Mərkəzi tərəfindən orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə ümumi qaydada iştirak etməlidirlər. Orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən bakalavrlar ərizə ilə həmin təhsil müəssisələrinə müraciət edəcəklər.

 

Orta ixtisas təhsili müəssisələrinə bakalavrların müsabiqədənkənar qəbulu təhsil müəssisəsi tərəfindən aparılacaq. Bakalavrın təqdim etdiyi sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, bakalavrın orta ixtisas təhsili müəssisəsinə qəbul edilməsindən imtina olunacaq.


Kolleclərə də imtahansız qəbul mümkün olacaq - QAYDALAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ