EURO 1,884 TRY 0,2966
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:18.06.2019 17:03:02

Kollec məzunları və ya subbakalavrlar bundan sonra hər il bitirdikləri ixtisaslara uyğun imtahansız ali təhsil almaq üçün sənəd verə biləcəklər, Dövlət İmtahan Mərkəzi bildirib.

Kollec məzunları və ya subbakalavrlar bundan sonra hər il bitirdikləri ixtisaslara uyğun imtahansız ali təhsil almaq üçün sənəd verə biləcəklər, Dövlət İmtahan Mərkəzi bildirib.

Hazırda isə bu üzrə I, II, III və IV qrupa sənəd verənlər üçün elektron ərizələrin qəbulu prosesi davam edir.

İyulun 17-dək davam edəcək sənəd qəbulu prosesində hələlik 857 subbakalavr qeydiyyatdan keçib. Onlardan 844 nəfərin ərizəsi təsdiqlənib.

Ötən həftə Azərbaycanda ilk dəfə ali məktəblərə imtahansız qəbul olmaq istəyən kollec məzunlarının qeydiyyatı başlayıb. Bu, Nazirlər Kabinetinin Təhsil haqqında Qanuna etdiyi dəyişiklik qərarına əsasən mümkün olub.

V ixtisas qrupu üzrə bütün ixtisaslar qabiliyyət imtahanı tələb etdiyi üçün bu qrupdakı ixtisaslara namizəd olan şəxslərin sənəd qəbulu iyunun 13-dən 27-dək internet vasitəsilə aparılacaq, Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə BBC News Azərbaycancaya bildirib.

V qrupa sənəd verənlər üçün qabiliyyət imtahanları isə iyulun 1-dən 14-dək baş tutacaq.

Subbakalavrlar və ya orta ixtisas təhsili pilləsi üzrə peşə-ixtisas dərəcəsi almış şəxslər və ya kolleclərin son pilləsində təhsil alan şəxslər ixtisas seçimində DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər. 

İxtisas seçimi zamanı eyni bir yerə biri abituriyent, digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək:

1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG)

2. Təhsil haqqında sənədə - attestata tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası

Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) müvafiq orta ixtisas təhsili müəssisəsi tərəfindən "Tələb-məzun" dövlət elektron məlumat sisteminə daxil edilərək təsdiqlənməlidir.

Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.

Yuxarıda qeyd olunan göstəriciləri "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilən və bu il sonuncu kursda oxuyan kollec məzunları da müsabiqədə iştirak edə bilərlər.

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsil pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Subbakalavrlar və ya kolleclərin son kursda oxuyan tələbələri abituriyentlərlə eyni vaxtda - iyulun 24-dən avqustun 6-dək ixtisas seçimi edə biləcəklər.

Müsabiqədə iştirak ödənişsizdir.


Kollec məzunları hər il ali məktəbə imtahansız qəbul oluna bilər - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Qarabağ"ın yay fasiləsində heyətinə qatdığı fransalı futbolçu Maqaye Qeyenin müqaviləsinin detalları bəlli olub.
     22.08.2019
    Bakıda gənc qız ölümlə hədələnib
    Bu barədə polis xəbər verilib.
     22.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ