EURO 2,0342 NEFT 56,86
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.04.2017 11:11:32

Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də yaxın vaxtlarda öz həllini tapacaq, ilk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək.

“Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezident Mehriban Əliyevanın da fəaliyyətinin prioritetidir və onun sədrliyi ilə keçirilən ilk müşavirənin bu problemə həsr olunması bunun əyani sübutudur”.

APA-nın məlumatına görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında qurumun sədri, baş nazirin müavini Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, bu il məcburi köçkünlər üçün yeni binalar tikilir, qəsəbələr salınır: "Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də yaxın vaxtlarda öz həllini tapacaq, ilk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək. Yeni binalar tikilir, eyni zamanda vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək. Artıq bu istiqamətdə işlərə başlanıb, bunlarla bağlı hərtərəfli müzakirələr aparılır. İlkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli bina inşa olunur. Prezidentin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir. Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır. Hazırda kənddə aparılan bərpa işləri, dövlət başçısının müvafiq sərəncamına uyğun kəndə yol çəkilişi, həmçinin Şuşa məscidinə oxşar məscidin tikintisi və digər işlər prezidentin tapşırığı və nəzarəti altında həyata keçirilir”.


Köçkünlər üçün Bakının iki qəsəbəsində binalar tikilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fuad Məsum kimdir?
     23.09.2017
    Laricani: İranın terror təşkilatlarına kömək etdiyi iddiaları gülməlidir
    Laricani həmçinin İranın bu gün İraq və Suriyada İŞİD terrorizminə qarşı mübarizə aparmaqda olduğunu da ifadə edib.
     23.09.2017
    BMT Yəməndə 7 milyon insana ərzaq yardımı edib
    Potensial aclıq fəlakətinin qarşısını almaq üçün bu ölkəyə yardımın həcmi 60 faiz artıb.
     23.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ