1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:16.05.2019 12:10:44

Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) 2019-cu ilin sonunadək Azərbaycanın regionlarında 20-25 nümayəndəlik açmağı planlaşdırır.

Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) 2019-cu ilin sonunadək Azərbaycanın regionlarında 20-25 nümayəndəlik açmağı planlaşdırır.

Bunu Trend-ə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda nümayəndəlik Şəkidə açılacaq:

“Kiçik və Orta Biznesin Dostu” nümayəndəliklərini açırıq və bu günədək onların sayı 12-yə çatıb. Gələcəkdə biz bu rəqəmi 60-a çatdırmağı planlaşdırırıq. Ümid edirik ki, “Kiçik və Orta Biznesin Dostu” şəbəkəsi məqsədyönlü şəkildə genişlənəcək və ölkənin bütün regionlarını əhatə edəcək”.

O.Məmmədov bildirib ki, bu ilin sonunadək Bakıda ilk Kiçik və Orta Biznes Evinin açılışı planlaşdırılır.

Onun sözlərinə görə, bu, sahibkarlara müxtəlif növ xidmətlər, o cümlədən konsaltinq xidmətləri göstərmək məqsədilə “one stop shop” rejimində fəaliyyət göstərən “açıq platforma” olacaq:

“KOB Evinin yaradılmasının əsas məqsədi operativliyin, şəffaflığın və biznesin maliyyə resurslarına optimal çıxışının təmin olunmasıdır”.


KOBİA Azərbaycanda nümayəndəliklər şəbəkəsini genişləndirəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-lı alimlər: Üzdə tük xərçəng riskini 16 dəfə azaldır! - ARAŞDIRMA
    ABŞ-lı alimlər üzdəki tüklə bağlı maraqlı faktı ortaya çıxarıblar.
     24.05.2019
    Türkiyədə dünyanın ən qeyri-adi sərgisi: Qumdan abidələr - FOTO/VİDEO
    Türkiyədə Beynəxalq Qumdan Abidələr Festivalı start götürüb.
     24.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ