Dünən Avroliqada klublarımız cavab oyunlarını keçirib.

İslamazeri.com xəbər verir ki, Bakıda Serbiyanın “Mladost” komandasını qəbul edən “İnter” bu dəfə də meydandan qalib ayrılıb. Təmsilçimiz rəqibinin qapısından iki cavabsız top keçirib.
Digər klubumuz - "Zirə" də səfər oyununda qalib gəlməyi bacarıb. Lüksenburqda “Differdanj” komandası qarşılaşan təmsilçimiz əvvəlcə hesabda geriyə düşüb. Daha sonra 2 qol vuraraq rəqibini məğlub edib.
Beləliklə, Avroliqada mübarizə aparan hər iki klubumuz növbəti təsnifat mərhələsinə adlaya bilib.
UEFA Avropa liqasının I təsnifat mərhələsinin cavab oyunları
“İnter” - “Mladost” 2:0
Qollar: Denis Silva Kruz (23) Nizamı Hacıyev (74)
“Differdanj” - "Zirə" 1:2
Qollar: David Vandenbrok (10), David Manqa (63), Riçard Qadzenin (68)
Klublarımız Avroliqada növbəti mərhələyə adladı - VİDEO