1. http://www.islamazeri.az/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:09.11.2016 13:54:17

"Trampın 6 milyard kapitala malik olması məşhur aforizmin əbədiyaşar gücünü göstərir - qızıl kimdədirsə,qızıl qanun da ondadır!"

İslamazeri.az xəbər verir ki, millət vəkili Zahid Oruc ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından olan namizəd Donald Trampın qələbə qazanmasına münasibət bildirib. Bu barədə öz "facebook" profilində status paylaşan deputat öz yazısına "Klintonun məğlubiyyəti, Putinin qələbəsi" başlığını qoyub:

Bir neçə gün öncə İspaniyanın nəşrlərindən biri Donald Trampın Putinə telefon açaraq onun prezident seçkilərini qazanmasından sonra Klintonun gələcək taleyi haqqında xəyali bir söhbət qurmuşdular. Gerçəkliyə yaxın görünməsə də hər iki prezident birgə qələbəsini qeyd edərək rəqiblərini "tonqalda yandırmaq" istəyirdilər.Deyəsən,ispan münnəcimlərinin lətifə olaraq düzüb-qoşduqları hekayə doğru çıxır.

Bir il altı ay davam edən seçki kampaniyasında baş verən bütün fatal hadisələrə baxmayaraq,Tramp ona qarşı işləyən dövlət maşınını məğlub etdi.Lakin onun rəqiblərinin Hitler adlandırdıqları Putinin marionet təmsilçisi kimi Amerika seçkilərinə qatılan Trampı aşağılamaq istəmələri nəticə vermədi.Deməli,dünyada Trampa rəsmi Ağ Evin və Klinton komandasının təbliğatı özünə böyük tərəfdarlar qazanmadı.Nəticədə Rusiyada və dünyanın onlarla ölkəsində rəy sorğularında öndə olan şəxs qalib gəldi.Bunu Putinin qələbəsi adlandırmağın əleyhinə olanlar yenə də ABŞ sisteminin insan faktorundan asılı olmadığı arqumentini irəliyə sürəcəklər.Lakin reallıq bununla dəyişməyəcək-Putinə nifrət Amerikada qalib gəlmədi.
Hər iki Obama bütün dövlət resurslarını rəqiblərinin əleyhinə çevirəsələr də,hətta az qala Federal Kəşfiyyat Bürosunun rəhbəri Kameyi Rusiyanın xeyrinə casusluqda günahlandırsalar da,Putinin Ağ Ev üzərindəki kölgəsini yox edə bilmədilər.Kiberhücumlar Moskvanın qələbəsinə səbəb oldu.

İndi Yaxın Şərqdən Qafqaza,Afrikadan Asiyaya qədər böyük bir məkanda baş verən fəlakətlərin durdurulması mümkün olacaqmı-bunu yaxın gələcək göstərcək.Lakin Amerikada siyasi zəlzələlər törədiləndə dünyada nizamın pozulmadığı dəfələrlə üzə çıxıb.
Tramp kimin taleyini təkrarlayacaq-Reyqanın,Buşun, yoxsa Kennedinin? Amerika xalqının hüzur və əminamanlığını istəyən hər kəs yeni prezidentdən təmsil etdiyi dövlətin ədaləti və sülhü simvolizə etməsini arzulayır.Seçkilərdə bütün namizədlərə nifrətini və hiddətini ifadə edən milyonlarla insanıın üzərinə dünyadakı antiamerikanistləri də gəlsək,Trampın qlobal missiyasını anlamaq o qədər də çətin olmayacaq.

Amerika təkcə amerikalıların deyil.Tramp yalnız bir ölkəni təmsil etmir.Ona görə də seçki qələbəsini idarəçilikdə doğrultmaq hələ zaman tələb edir.

İnaqurasiyada and içəndən sonra yeni prezidentin çiyinlərinə düşən yük onu dünyanın gözü qarşısında büsbütün dəyişəcək.Bax onda,seçki çıxışlarını çoxları xatırlamayacaq!

Trampın 6 milyard kapitala malik olması məşhur aforizmin əbədiyaşar gücünü göstərir-qızıl kimdədirsə,qızıl qanun da ondadır!

 


Klintonun məğlubiyyəti, Putinin qələbəsi - MİLLƏT VƏKİLİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Heydər əl-Abadi:
    İraqın baş naziri Mosulun tam olaraq azad olunmasıyla bağlı bəyanat yayıb.
     19.01.2017
    “Nurəddin əl-Zəngi” terrorçularının hərbi lideri məhv edildi - FOTO
    Suriya ordusu və Rusiya hərbi təyyarələri onlarla terrorçunu məhv edib.
     19.01.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ