EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259

Xəyyam Mirzəzadə kimdir?

Xəyyam Mirzəzadə kimdir?

Həyatı


Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.

Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.

Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

Mükafatları


Lenin komsomolu mükafatı - 1970
Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı - 19 aprel 1972
Azərbaycan SSR Dövlət mükafatı - 1975, 1986
Azərbaycan SSR xalq artisti fəxri adı — 11 dekabr 1987
Şöhrət ordeni - 4 oktyabr 2000
"Şərəf" ordeni - 7 oktyabr 2010


Haqqında


Haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" adlı sənədli film çəkilmişdir.

 

Əsərləri


Baletləri
"Ağlar və qaralar (balet)"(2000)
Kamera orkestri üçün
Musiqi (1964)
Üç xoreoqrafik şəkil (1969)
Simfonik orkestr üçün
I Simfoniya (1957)
II Simfoniya (Triptix, 1970)
Kiçik lirik süita (1963)
Oçerklər-63 simfonik poema (1963)
"Muğan çöllərində" süitası (1967)
Xor, solist və simfonik orkestr üçün
"Çiçəklən, Vətənim" (1964) - E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə
Partiya haqqında oda (1975) - sözləri: Bəxtiyar Vahabzadə
Ağacdan nəfəs alətləri üçün
Sekstet (1962)
Misdən nəfəs alətləri üçün
Kvartet (1970)
Simli kvartet üçün
I Kvartet (1956)
II Kvartet (1961)
Dörd miniatür (1958)
Noraşen rəqsləri (1972)
Skripka vä fortepiano üçün
Sonatina (1950)
Poema vä sketso (1952)


Filmoqrafiya


Abidələr danışır (film, 1964)
Abşeron ritmləri (film, 1970)
Afroditanın qolları (film, 1987)
Axınla aşağı (film, 2014)
Arxada qalmış gələcək (film, 2004)
Arxadan vurulan zərbə (film, 1977)
Bağ mövsümü (film, 1985)
Bakı eyvanları (film, 1986)
Bakıda küləklər əsir (film, 1974)
Baş tutmayan ziyafət (film, 1981)
Belə də olur (film, 1988)
Bir ailəlik bağ evi (film, 1978)
Birisigün, gecəyarısı... (film, 1981)
Bir ömrün fəsilləri. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2010)
Bizim küçə (film, 1961)
Bu, Qum adasında olmuşdur (film, 1962)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Çay daşı (film, 2001)
Daş (film, 1977)
Dənizə çıxmaq qorxuludur (film, 1973)
Düyün (film, 2008)
Əlamət (film, 1982)
Ev (film, 2007)
"Fransız" (film, 1995)
Gənc memar (film, 1978)
Güllələnmə təxirə salınır!... (film, 2002)
Günlərin bir günündə... (film, 1975)
Havalansın Xanın səsi (film, 2001)
Xatirələr sahili (film, 1972)
İlıq dənizdə buz parçası (film, 1983)
İliçin döyünən qəlbi (film, 1967)
Kinorejissor Arif Babayev (film, 2000)
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
Mahnı qanadlarında (film, 1973)
Meşəyə insan gəlir (film, 1980)
Məhv olmuş gündəliklər (film, 1999)
Mənim ağ şəhərim (film, 1994)
Mənim günahım (film, 1985)
Mikayıl Abdullayev (film, 1972)
Mir Teymur (film, 2003)
O dünyadan salam (film, 1991)
Oqtay Ağayev. Ötən günlər (film, 2004)
Sonuncu şahid (film, 2004)
Yanmış körpülər (film, 2007)
Yarımçıq təsərrüfatlar (film, 1988)
Yeddi oğul istərəm... (film, 1970)
Zirzəmi (film, 1990)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ