EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296

Xaqan Abbasi kimdir?

Xaqan Abbasi kimdir?

İqtidardakı "Pakistan Müsəlman Birliyi-Navazdan"ın (PML-N) aparıcı siyasətçilərindən Şahid Xaqan Abbasi 1958-ci ildə dünyaya gəlib. Kaliforniya Universitetinin elektrik mühəndisliyi fakültəsindən məzun olan Abbasi Corc Vaşinqton Universitetində magistraturanı bitirib.

1988 Pakistan parlament seçkilərində ilk dəfə Milli Məclisə seçilən Abbasi 1997-1999-cu illərdə "Pakistan Hava Yolları"nın (PIA) rəhbəri olub.

Abbasi 1999 hərbi çevrilişinin ardınca tutulub və 2 il həbsxanada qalıb.

2008-ci ildə ticarət və müdafiə istehsalı naziri vəzifəsinə təyin edilən Abbasi 2013-cü ildən bu yana Şərif hökumətinin neft və təbii resurslar naziri vəzifəsində çalışır.

Pakistan Konstitusiya Məhkəməsi 28 iyulda ailə üzvlərindən bəzilərinin Panama sənədləri ilə ortaya çıxan korrupsiya iddialarına qarışdığı səbəbilə Nəvaz Şərifin baş nazir vəzifəsindən uzaqlaşdırılmasına qərar vermişdi. Bundan başqa, maliyyə naziri Məhəmməd İshaq Dar da işdən çıxarılmışdı. Bu hadisədən sonra Hakan Abbasi iqtidar partiyasından baş nazirliyə namizəd göstərilib və müvəqqəti hökumətin baş naziri seçilib.

 

Mənbə: İslamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ