EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259

Vladimir Jirinovski kimdir?

Vladimir Jirinovski kimdir?

Həyatı


Vladimir Volfoviç Edelşteyn 4 aprel 1946 tarixində SSRİ-nin Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907-1983) milliyətcə - yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə - rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürür. Vladimir orta təhsili Astana şəhəri 25 nümrəli orta məktəbdə alıb. 1964-1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı" fakültəsində təhsil alır. 1965-1967-ci illərdə "Markizm-Leninizm Universiteti"-ndə "Xarici Əlaqələr" fakültəsində magist pilləsini alır. 1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alır.

 

Siyasi karyerası


Ali təhsilini bitirdikdən sonra Vladimir Jirinovski hərbçi vəzifəsində çalışmağa başlayır və polkovnik rütbəsinə qədər qalxır. 1975-1983-cü illər arasında Vladimir Jirinovski Hüquqşünaslar Kollegiyasının üzvü olur. 1983-1990-cı illərdə "MİR" dərgisində çalışmağa başlayır.

1990-cı ildə LDPSS (Sovet İttifaqının Liberal Demokrat Partiyası)-nın üzvü olur. 1992-ci ildə Vladimir Jirinovski LDPR (Rusiya Liberal Demokrat Partiyası)-nın əsasını qoyur. 1993-2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olur. 2000-ci ilin 18 yanvar tarixində Dövlət Dumasının sədr müavini seçilir və bu səbəbdən fraksiyada liderliyi öz oğlu İqor Lebedevə ötürür. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilir. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışından 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) iştirak edib və 3 çağırışda (1999-2011) sədr müavini olub.

Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb və bununla da Rusiyada rekord vurub. İlk dəfə 1991-ci ildə Vladimir Jirinovski Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti postuna namizədliyini irəli sürdü və 7.81% (6.211.007 səs) toplamağla 6 namizəd arasında 3-cü yeri tutdu. Növbəti iki seçkilərdə Vladimir Jirinovski daha uğursuz nəticə göstərdi. 1996-cı ildə o 10 namizəd arasında 5.7% (4.311.479 səs), 2000-ci ildə isə 11 namizəd arasında 2.7% (2.026.509 səs) toplamaqla iki dəfə ard-arda beşinci yeri tutdu. 2004-cü ildə Vladimir Jirinovski prezident seçkilərində çıxış etməkdən imtina edir. 2008-ci ildə isə Vladimir Jirinovski sayca 4-cü dəfə prezident postuna namizədliyini irəli sürür və 4 namizəd arasında 9.35% (6.988.510 səs) toplayır və Dmitri Medvedyev və Genadiy Züqanovun ardınca 3-cü yeri tutur. Bu Vladimir Jirinovskinin bu günə qədər göstərdiyi ən uğurlu nəticə olub. 2012-ci ildə Vladimir Jirinovski 5-ci dəfə Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ