Vasim Məmmədəliyev kimdir?

Akademik, şərqşünas-alim Vasim Məmmədəliyev kimdir?

Vasim Məmmədəliyev (Məmmədəliyev Vasim Məmmədəli oğlu) - şərqşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997)

Həyatı və fəaliyyəti

Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır. 

1959-1964 - BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. 1965-1968 - Tbilisi Dövlət Universitetində aspirant.

  • 1978-ci ildən professordur.
  • 1981-1991 - BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.
  • 1989 - İraq Elmlər Akademiyası, 1994 - İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 - Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 - Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
  • 1991-1992 - BDU-nun prorektoru.
  • 1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.
  • 1992 - Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri.
  • 2001 - AMEA-nın müxbir üzvü seçilmişdir.
  • 2002 - «Şöhrət ordeni» ilə təltif edilmişdir.
  • 2003 - Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
  • 2007 - Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
  • 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir.
  • Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri var.
  • Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur.

Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədridir.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvüdür.

  • Ailəlidir, iki qızı, bir oğlu var.
  • 13 Oktyabr 2019-cu ildə vəfat edib

 

Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı

  • Rusiya - 1978, 1981
  • Polşa - 1979, 1995
  • ABŞ - 1996
  • İndoneziya - 1998, 1996, 2000
  • İraq - 2000, 2004
  • Türkiyə - 2002, 2004
  • İran - 2002, 2004
  • Gürcüstan - 2005
  • Fransa - 2005
  • Misir - 2006

Seçilmiş əsərləri

  • 2006 - İslam və gənclik
  • 2006 - Mövlana Cəlaləddin Rumi yaradıcılığında Məsnəvi (Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2006 - Milli jurnalistikamızın patriarxı. Mətbuatımızm klassiki.
  • 2006 - Ərəb dili proqramı (bakalavr pilləsi üçün) (N. Məmmədovla birlikdə)
  • 2006 - Globalization in Estimation of Muslim Scientists (ingilis dilində)
  • 2005 - İslamda məzhəblərin yaxınlığı və yaxınlaşmanın əsas istiqamətlərinə dair bəzi mülahizələr
  • 2005 - Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi
  • 2004 - Dünya şöhrətli alim Rüstəm Əliyev fenomeni
  • 2004 - Ərəb ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
  • 2004 - İslam əxlaqı və onun əsas prinsipləri
  • 2004 - Müsəlman alimlərinin qloballaşmaya münasibətinə dair bəzi qeydlər
  • 2004 - S.S.Rəşadinin «Sərf nəhv» kitabı haqqında
  • 2004 - Sibəveyhiyə tutulan iki məşhur irad barəsində bir neçə söz. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri
  • 2003 - Əbu Həyyanın bəzi dilçilik görüşləri
  • 2003 - Təsəvvüfdə ariflə alimin fərqi. Şərqşünaslığın aktual problemləri.(Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2003 - Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi
  • 2002 - Islam against terrorism, extremism and aggression. Cooperation for peace in the Caucasus. (Tbilisi)

Mükafatları

  • Azərbaycan Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi
  • Dağıstan Dağıstan Respublikasının Əməkdar Elm Xadimi
  • 26.08.2002 - Azərbaycan "Şöhrət" ordeni.
  • 30.10.2009 -  Azərbaycan "Şərəf" ordeni.
  • 10.05.2017 - Azərbaycan "Qızıl çinar" beynəlxalq mükafatı 

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ