EURO 1,9856 NEFT 48,55
USD 1,7012 RUB 0,0286

Stiv Cobs kimdir?

Stiv Cobs kimdir?

Stiv Jobs, Stiven Paul Jobs (Steven Jobs) (d. 24 fevral 1955 - 5 oktyabr 2011), Apple korporasıyasının təsisçisi və keçmiş ümumi direktoru. Pixar cizgi studiyasının təsisçisı və keçmiş ümumi direktoru.

1970-ci illərin sonunda digər qurucu şəriki Stiv Voznyakla birlikdə, kommersiya müvəffəqiyyəti qazanan ilk fərdi kompyuterlərdən birini yaradırlar. Jobs 1980-ci illərin əvvəlində, "siçan" (Mouse) ilə istifadə edilən GUI (Graphical User Interface) (Qrafik İstifadəçi İnterfeysi)nin perspektivini görənlərdən biri olur. 1985-ci ildə şirkətin idarə heyətində çoxluq qazana bilmədiyinə görə Jobs Apple dan gedir. Ardınca yüksək təhsil və iş dünyası üçün kompüter platforması istehsal etməyi məqsəd gedən NEXT kompüter şirkətini qururu. 1997-ci ildə Apple Computer şirkətinin NeXT-i satın alması nəticəsində Jobs qurucusu olduğu şirkətə geri dönür. O zamandan bəri icra heyətinin rəhbəri (CEO) olaraq işləyir. Fortune Magazine jurnalı 2007-ci ildə Steve Jobsu Ən güclü iş adamı elan edir.

Jobs daha əvvəl Lucasfilm şirkətinin kompüter qrafiki hissəsi olan Pixar Animasiya Stüdyolarını 1986-ci ildə satın alır. 2006-ci ildə Walt Disney şirkəti tərəfindən satın alınana qədər şirkətin icraçı direktoru və ən böyük səhmdarı olaraq qalır. Jobs hələ də Walt Disney Şirkətinin ən böyük fiziki şəxs səhmdarı və idarə heyətinin üzvüdür. Jobs, kompüter və əyləncə sənayesinin öndə gedən simalarından biridir.

Stiv Jobs Wisconsin 'də, amerikalı Joanne Carole Schieble və Suriya əsilli Abdulfattah Con Jandali'ın oğlu olaraq dünyaya gəlmişdir. Doğulandan 1 həftə sonra Mountain View, Kaliforniyada Paul Jobs və Clara Jobs-Hakobian cütlüyü tərəfindən övladlığa götürülmüşdür.Öz bacısı roman yazıçısı Mona Simpson dır.

1972-ci ildə Steve Jobs, Cupertino, Kaliforniyada olan Homestead High Schooldan məzun olmasının ardından Portland, Oregon'daki Reed Kollecinə müraciət etmişdir lakin birazdan oradan ayrılmışdır.

1974-ci ilin payızında, Steve Jobs Kaliforniyaya geri dönərək "Homebrew Computer Club" un iclaslarına Steve Wozniak ilə birlikdə iştirak etməyə başlamışdır. O və Wozniak, Atari Inc. 'Də, o zamanların məşhur kompüter oyun istehsalçılarından da işə düzələrək oyun dizayneri olaraq işə başladı.

1976-ci ildə Jobs 21, Wozniak'da 26 yaşında Apple Computer Co. 'nu Jobs ailəsinin qarajında qurmağa başladılar.İlk olaraq bazara çıxardıqları ev kompüteri Apple I'di və onu 666.66 $' a satırdılar.

1977-ci ildə Jobs və Wozniak, Apple II'yi bazara təqdim etdilər, o zamanlar Apple II ev bazarında əhəmiyyətli bir yer əldə etmişdi və Applenin kompüter bazarındakı yerini sağlamlaşdırdı. Dekabr 1980-ci ildə Apple Computer xalqa açıldı.Eyni il Apple Computer Apple III'ü bazara çıxardı, lakin bu model bir əvvəlki modelin yerini ala bilmədi.

Apple böyüməyə davam edərkən, firmanın genişlənməsini təmin edə biləcək bir idarəçi axtarılırdı. 1983-ci ildə Jobs, Con Scully'i (o zaman Pepsi-Colanın CEOi) yola gətirərək və "Ömrünün sonuna qədər yalnız şəkərli su mu satmaq istəyirsən yoxsa dünyanı mı dəyişdirmək istəyirsən?" şəklində meydan oxuyaraq Applenin yeni icraçı direktoru vəzifəsinə gətirdi. Eyni il Apple texnoloji olaraq inkişaf etmiş lakin ticari olaraq müvəffəqiyyətsiz olan Apple Lisa brendini bazara təqdim etdi.

1984-ci ildə Macintosh bazara təqdim edildi, bazarda ticari bir uğur qazanmış ilk GUI'lu kompüter.Macintosh'un müvəffəqiyyəti Applenin Apple II ardıcıllığını qaldırıb onun yerinə Mac məhsulları təqdim etməsi ilə davam etmişdir və bu günə qədər də davam etməkdədir.


Apple'dan ayrılmağı

Steve Jobs Apple üçün qaneedici və xarizmatik bir qoruyucuydu, tənqidlərə də baxılsa eyni zamanda nizamsız və ehtiraslı bir rəhbərdi. 1985-ci ildə şirkət içində ibarət olan bir çaxnaşma nəticəsində Jobs, Sculley tərəfindən vəzifəsindən atılmışdır.Bu zamanda Jobs hələdə Apple Computer başçısıydı.

Appledan ayrıldıqdan sonra Jobs başqa bir kompüter firması qurdu, Next Computer. Next, Lisa kimi texnoloji olaraq çox inkişaf etmişdi lakin heç bir zaman elmi iş sahələri istisna olmaqla məşhur ola bilməmişdi.

Apple'a geri qayıdışı
Macworld Konfransı & Expo

1996-cı ildə Apple şirkəti Jobsu geri gətirmək üçün NeXT'i 429 milyon dollar qarşılığında satın aldı.Steve Jobs 1997-ci ildə Applenin müvəqqəti CEO su seçilir.

NeXT'in satın alınması nəticəsində bir çox texnologiyası Apple məhsullarında istifadə edilməyə başlandı. Bunların arasında ən nəzərə çarpan nümunə, NeXTSTEP'in inkişaf etdirilən Mac OS Xin yazılması göstərilə bilər. Jobsun rəhbərliyində Apple, iMac'i bazara təqdim etməsiylə inanılmaz bir şəkildə satışları artırdı. O zamandan bəri ortaya qoyulan məhsullar gözalıcı dizaynları və marka qüvvətləndirmələriylə Apple şirkətinə böyük faydalar qazandırdı.

Jobs şirkəti keçmiş illərdə personal kompüterlərə məhdud qalan məhsul yığımını kənarına atdı. iPod daşına bilər musiqi çalarının bazara çıxarılmasıyla birlikdə, iTunes rəqəmsal musiqi proqramı digər əməliyyat platformlarına uyğun halda bazara sürərək və iTunes online musiqi dükanını açaraq fərdi elektron məhsulları və online musiqi bazarlarına əl atdı.

Jobs Appleda ildə 1 dollar qarşılığında bir neçə il ərzində işləyib, bu ona eyni zamanda Guiness Rekordlar siyahısında "Ən Aşağı maaşlı CEO"su ünvanını qazandırdı.Apple ın qazancları artığında və firma mənfiləri yerinə müsbətlər artmağa başlayanda, firma ünvanından "müvəqqəti" yi qaldırdı. Rəsmi olaraq Apple'dan maaşı hələ 1 $ olaraq davam etməkdədir, təbii ki Apple firmasından bu vaxt hədiyyələr verilir. Məsələn: 1999-ci ildə 90 milyon $ dəyərində bir qayıq, və hissələrdən təxminən 30 milyon $-lıq bir pay.

Jobsun hər zaman mükəmməl razı etmə və alverçilik qabiliyyətlərinə görə hörmət edilir.


Pixar Animasiya studiyası

1986-cı ildə Jobs və Edvin Catmull müştərək Emeryville, Kaliforniyada animasiya studiyası olan Pixar'ı qurdular. Firma əslində Lucasfilmin kompüter qrafikləri hissəsi üzərinə quruldu.Jobs Lucasfilmin bu hissəsini 10 milyon $ 'a (istənilən miqdarın üçdə-birinə!) Sahibi Corc Lucas'dan almışdır. Firma az qala 10 il sonra partlayışını "Oyuncaq Hekayəsi" (Toy Story) ilə etmişdir. Ondan bəri 1998-ci ildə "Bir həşəratın Həyatı" (A Bug's Life), 1999-cu ildə "Oyuncaq Hekayəsi 2" (Toy Story 2), Sevimli Canavarlar (Monsters, Inc.), 2003-cü ildə "İtkin Balıq Nemo" (Finding Nemo) və 2004-ci ildə "İnanılmaz Ailə" ( The Incredibles) filmləri mükafatlara layiq görülmüşdür. 2006-ci ildə "Cars", iki nominasiyada Oscara namizəd göstərilmiş, 2007-ci ildə də Ratatouille, ən yaxşı animasiya nominasiyasında oscar qazanmışdır.

"İtkin Balıq Nemo" (Finding Nemo) və 2004-ci ildə "İnanılmaz Ailə" ( The Incredibles) filmləri akademiya Mükafatlarında ən yaxşı animasiya film nominasiyasında mükafat qazanmışdır.


Şəxsi həyatı

18 Mart 1991 ci il Jobs Laurene Powell ilə evləndi, evliliklərindən üç uşaq sahibidilər.Eyni zamanda evlilik xarici olan bir qızı var, adı da Lisa Jobs.

Jobs vegeteriandır lakin bəzi mənbələrdən alınan xəbərlərə görə zaman-zaman balıq da yeyir.

31 İyul 2004-cü ildə Jobs, pankreasında görülən xərçəng şişinin aldırtmak üçün əməliyyata girdi. Jobs'da nadir olan bir pankreas xərçəngi tapılmışdı, elmi adı "Islet Hücrəsi Neurodocrine şişi" olaraq bilinir. Jobs'da olan bu xərçəng tipində kemoterapiya və ya radiasiya terapiyasına ehtiyac qalmamışdır.

Maraqlı faktlar


Stiv nömrəsiz Mercedes SL55 AMG maşını sürür və onu əlillər üçün parking yerində qoyur, çünki 2009-cu ildə ona qara ciyər transplantasiyası elədilər.
Cobsun Apple-də maaşı 1 ABŞ dollarıdır.
2010-cu ildə Forbes jurnalda o, ən varlı adanların siyahıda 136-cı yerdə idi. 5,5 mlrd. ABŞ dolları var idi.
Stivdə Apple-ın aksıyalardan 0,6 faizi var. Bu rəgəm az görünsə bilə Apple-ın aksıyalardan 0,6 faizinin qiyməti 1 mlrd. ABŞ dollarından çoxdur.

5 oktyabr 2011-ci ildə 56 yaşında vəfat etmişdir.

 

Mənbə: Vikipediya

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ