EURO 1,8495 NEFT 52,05
USD 1,7025 RUB 0,0299

Şeyxulislam Məhəmmədəli Hüseynzadə kimdir?

Şeyxulislam Məhəmmədəli Hüseynzadə kimdir?

1760-cı ildə Azərbaycanın cənub darvazası adlanan Salyanda anadan olan Məhəmmədəli Hüseynzadə görkəmli publisist, rəssam və yazıçı Əlibəy Hüseynzadənin ana tərəfdən babasıdır. İbtidai dini təhsilini Salyan və Gəncə şəhərlərində alan gənc Məhəmmədəli 1790-cı ildə İraqa gedərək Bağdad Universitetinin İlahiyyat və Tarix fakültələrini bitirmişdir.

On iki il İraqda dini təhsil alan Məhəmmədəli Hüseynzadə 1802-ci ildə Tiflisə gələrək “Şah Abbas” məscidinə rəis və baş axund təyin edilir. Uzun müddət bu vəzifədə çalışan Məhəmmədəli Hüseynzadə təkcə Tiflisdə deyil, həmçinin Şərqi və Qərbi Azərbaycanda, Borçalı və Dağıstan əyalətlərində də böyük hörmət qazanır və 1823-cü ildə Qafqazın ilk şeyxülislamı təyin edilir.

Təbiətcə mülayim insan olan Şeyxülislam Məhəmmədəli Hüseynzadə hökumətə tabeçilikdən boyun qaçıran axund və molları cəzalandırmaqda çətinlik çəkirdi. Rusiyanın Azərbaycanda həyata keçirdiyi islahatlardan narazı olan xalq kütlələri tez-tez üsyan edir və bəzi tanınmış din xadimləri də bu üsyanlara rəhbərlik edirdilər. Bunlara misal olaraq Şuşa qazısı Əbdul Qasımı və Nuxa qazısı Əbdul Lətif Əfəndinin adlarını qeyd etmək olar. Vergilərin yığılmasında çar məmurlarına maneçilik törədən mollalar etdikləri xütbələrdə çar Rusiyasını dinsizlikdə günahlandırırdılar.

Şeyxülislam Məhəmmədəli Hüseynzadənin üsyana və üsyançılara qarşı mübarizəsi Qafqaz canişini Knyaz Boryatinskini qane etmirdi. Hətta Tiflisdə baş tutan söhbətlər zamanı knyazın verdiyi göstəriş və qərarlar şeyxülislamın ciddi etirazına səbəb oldu. Bu etirazlar Peterburqa çatdıqda Şeyxülislam Məhəmmədəli Hüseynzadənin fikirləri əsas götürülərək 1846-cı ilin 6 dekabrında Çar I Nikolay verdiyi fərmanla Azərbaycan bəylərinin torpaq üzərində irsi mülkiyyət hüququnu tanıdı və mülkiyyət bölgüsü məsələlərinin rus qanunları ilə yanaşı, şəriət əsasında həll edilməsinə də icazə verdi. Bununla da şəriət məhkəmələrinin rolu genişləndi, Şeyxülislam Məhəmmədəli Hüseynzadənin təsir imkanları artdı. Bu, nisbi və aldadıcı olsa da bütün hallarda ondan yararlanmaq lazım idi.

Bütün fəaliyyəti dövründə dinin və dini icmanın qayğısı- na qalan Şeyxülislam Məhəmmədəli Hüseynzadənin səyləri nəticəsində 1834-cü ildə müsadirə edilmiş Yelizavetpol qəzasında yerləşən “İmamzadə” məscidinə məxsus torpaq sahəsi on il sonra, 1844-cü ildə geri qaytarılmışdır. Hətta qubernatorun sərəncamına əməl etməyən Şeyxülislam Məhəmmədəli Hüseynzadə Şeyx Şamilə qarşı mübarizə aparmaqdan da imtina etmişdi.

Rusiya-İran müharibəsinin davam etdiyi vaxtlarda Tiflis məscidinin axundu olan Məhəmmədəli Hüseynzadə müharibənin əleyhinə olduğunu, döyüşlərin davam edəcəyi təqdirdə rusların məğlub olacağını bildirirdi. Lakin müharibədə qazanılan uğurlardan qürur duyan Gürcüstanın mülki qubernatoru Vasilevski rus ordusunun qələbələri barədə aldığı hər “xoş xəbər” mü­nasibəti ilə Axund Məhəmmədəli Hüseynzadə Salyanskiyə “təb­rik məktubları” göndərirdi.25 Qubernator Vasilevskinin 8 oktyabr 1827-ci il tarixli məktubunda deyilirdi: “Oktyabrın 1-də İrəvanın alınması münasibəti ilə sizi təbrik edirəm. Rus əsgərinin silahı- nın qüdrətinə sabah məsciddə dua oxumanızı xahiş edirəm”.

Təbriz müctəhidi Ağa Mir Fəttah Təbatəbainin 1828-ci ildə Qafqazın şiə məzhəbindən olan ruhanilərə başçı təyin olunmasından sonra Şeyxülislam Məhəmmədəli Hüseynzadə daha ağır təzyiqlərə məruz qaldı. Lakin yenə də dözmək və mübarizə aparmaqdan başqa çarə qalmırdı.

Şeyxülislamlıqla yanaşı, elmi fəaliyyətini davam etdirən Məhəmmədəli Hüseynzadə tərcüməçiliklə də məşğul olmuş, ərəb və fars dillərində olan dini kitabları Azərbaycan və rus dillərinə tərcümə etmişdir. Onun “Ruslar üçün İslama dair sorğu kitabı” o dövrün qiymətli əsərlərindən olmuşdur.

İslam fəlsəfəsi, tarix, astronomiya, riyaziyyat və başqa elmlərə bələd olduğundan Şeyxülislam Məhəmmədəli Hüseynzadə bu elm sahələrinə aid “Ağızdan-ağıza keçmiş hədislər”, “İslamın möcüzələri”, “Qiyamətdə ölülərin dirilməsi”, “Qəlb qidası” və başqa bu kimi çoxlu sayda əsərlərin müəllifidir.27

Yüksək dini titula və elmə sahib olan Məhəmmədəli Hüseynzadə mükəmməl dini təhsil görən, “axund” rütbəsi alan gəncləri hərtərəfli yoxladıqdan sonra fəxri ada layiq görürdü. Belə fəxri adlardan biri də “Əbu Turab” ləqəbi idi.

Seçilmiş dini xadimlərdən olan Mirzə Axundzadə İraqda dini təhsil aldıqdan sonra Tiflisə gələrək Şeyxülislam Məhəmmədəli Hüseynzadə ilə görüşərək dini imtahandan uğurla keçmiş və Şeyxülislam tərəfindən “Əbu Turab” ləqəbinə layiq görülmüşdür. Sonralar bu ləqəbi özünə ad kimi götürən Mirzə Axundzadə ömrünün sonuna kimi Əmircan məscidinin baş axundu vəzifəsində işləmişdir.

Şeyxülislam olduğu müddətdə Məhəmmədəli Hüseynzadənin daim rus siyasətinə qarşı mübarizə aparmasından narazı olan çar Rusiyası onu bu vəzifədən uzaqlaşdırmaq üçün çıxış yolları axtarmağa başladı. Sonda Qafqaz canişini Knyaz Vorontsov şeyxülislamın müavini Fazil İrəvani ilə danışıqlar aparma- ğa başladı, məqsəd onu bu vəzifəyə gətirmək idi. Lakin şeyxülislamın sədaqətli dostlarından olan Fazil İrəvani hər dəfə ona edilən bu təklifdən imtina edərək bildirirdi ki, yalnız Şeyxülislam Məhəmmədəli Hüseynzadə öz istəyi ilə bu vəzifədən istefa verdikdən sonra o, bu təklifi qəbul edə bilər.

Hadisələrin getdikcə gərginləşdiyini görən Məhəmmədəli Hüseynzadə nəhayət, 1846-cı ildə istefa verdi. Bu hadisədən altı il sonra 1852-ci ildə vəfat edən ilk Şeyxülislam Məhəmmədəli Hüseynzadə Tiflisin müsəlman qəbiristanlığında dəfn edilmişdir.

 

Mənbə: Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh. 39-41

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ