EURO 1,9745 NEFT 74,76
USD 1,7 RUB 0,0267

Səfər Əbiyev kimdir?

Səfər Əbiyev kimdir?

Həyatı

 

Səfər Axundbala oğlu Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub (bəzi iddialara görə ləzgi əsilli ailəsi əslən Qubadandır).

1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirmişdir. 1971-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləmişdir. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

Ailəlidir, 2 övladı var.

 

Mükafatları


04.04.1995 - "Azərbaycan Bayrağı" ordeni
24.06.2003 - "Azərbaycan Bayrağı" ordeni
26.01.2010 - "Şöhrət" ordeni

 

Mənbə: Vikipediya

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ