EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296

Sara xatun kimdir?

Sara xatun kimdir?

Sara xatun - Azərbaycanın ilk diplomat qadını sayılan şəxs. Cəlaləddin Əli bəyin xatunu, Uzun Həsənin və Cahangir Mirzənin anası. Əslində Sara xatunun adı Saray xatun olmuşdur, lakin Azərbaycan dilində artıq Sara xatun kimi yazılış normaya çevrilib.

 

Həyatı


Sara xatunun mənşəyi haqqında bir çox spekulyasiyanın olmasının səbəbi Minorskinin 1930-cu ildə yazdığı bir məqaləsində onun Diyarbəkir xristian ailəsindən olmasıni yazması olub. Ağqoyunlular haqqında ən yaxşı əsərin müəllifi sayılan John E. Woods yazır bu barədə yazır ki, baxmayaraq ki, Minorski özü sonrakı araşdırmalarından sonra, çox bəsit tarixi fakt olan bu məsələnin üzərinə yenidən dönmüş və Saray xatunun əslində Uzun Həsənin atası Cəlaləddin Əli bəyin əmisiqızı olduğunu yazmışdır. Çox təəssüf ki, bu xırda detal bir çox tarixçilərin diqqətindən yayınmış, və Frans Babinger kimi tarixçilər yenə də Sara Xatunun əslən arami xristian qız olub Diyarbəkirdə doğulmasını yazmışdır. Onun Pir Əli Bayandurun qızı olduğu fikiri şübhəsizdir. Belə ki, John E. Woods özü Ağqoyunlu sülaləsinin şəcərəsini çıxardıb bu açıq-aşkar Saray Xatunun Ağqoyunlu nəslindən olduğu görsənir. 1465-ci ildə vəfat etdiyi güman edilir. Sara Xatunun nənəsi Maria Komnena Trabzon pontik şahzadəsi olub.

 

Sara xatun hökmdar kimi


Sara xatun bir müddət Harput şəhərinin hakimi olmuşdur. Sara xatun məscidi onun dövründə ucaldılmışdır. Bundan əlavə bir zaviyəsi vardır və üzərində "Sara xatun - Valideyi Uzun Həsən" yazılmışdır.


Sara xatun diplomat kimi


Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələrinin onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərdi. Qaffari, "Tarixi Cahan Ara" əsərində deyir:

Uzun Həsənin anası Sara Xatun olduqca adil, müşfiq və işini bilən bir hakim idi.

O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmed kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə etmişdi. Osmanlı Ağqoyunlu dövlətinin müttəffiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Qaraman əmirliyinin aradan qaldırmaq istədikdə Osmanlı sultanı II Mehmedlə danışıqlar aparmaq üçün yenə də Sara xatun göndərilmişdi. Sara xatunu bir diplomat, həmçinin dövlət xadimi kimi də təkcə Şərqdə deyil, Avropada da tanıyırdılar. Venesiya respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, demək olar ki, Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırırdı ki, Sara xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün ondan geniş istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək olar ki, bütün diplomatik sənədlərdə Sara xatunun adı çəkilir, ondan bəhs olunur. Bunlardan birində deyilir:

Hökmdar Uzun Həsənin anası Sara Xatuna da ehtiram göstər, hədiyyələr ver, Azərbaycanda qəbul olunmuş şəkildə ad və sanına layiq tərzdə çıxışlar edib onu Türkiyə ilə (Osmanlı) müharibə davam etdirməyə çağır. Oğlanları, qardaşı və nəvələri üçün bu işin nə qədər vacib olduğunu şəxsiyyətinə uyğun olan ifadələrlə izah et.

 

II Məhmədlə diplomatik əlaqələr


Bir diplomat kimi Sara xatunun fəaliyyətində, onun Göylühisarda sultan II Mehmedlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var. Əvvəla o, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki II Mehmedin bu hücumu Ağqoyunlu dövlətinin varlığına son qoya bilərdi. Bu məqsədlə nail olduğunda sonra Sara xatun sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi. Mənbələrin məlumatına görə diplomatik danışıqlar zamanı Sara Xatun və II Mehmed bir-birinə "ana", "oğul" deyə müraciət edirmişlər. Sara xatun bu danışıqlar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi. II Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındırdı. İki ölkə arasında, ağqoyunluların Osmanlı məməsi və Osmanlı qoşunlarının Trabzona hücümu zamanı Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə sülh bağlandı. Bu sülhun o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti olmuşdu. Məhz Sara xatunun bağladığı bu müqavilə nəticəsində o zaman Türkiyə ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini saxlaya bilmişdi. Lakin Sara xatun ona tapşırılmış ikinci vəzifəni yerinə yetirə bilmədi. Sultanı Trabzon yunan dövlətini Türkiyəyə qatmaq fikrindən döndərə bilmədi.

Tarixçi Fyodor Uspenski Trabzonun alınması ərəfəsində Ağqoyunlu dövləti ilə Türkiyə arasında belə sülh müqaviləsi bağlanıla biləcəyinə şübhə edir.[

Ağqoyunlu dövlətini təcrid etdikdən sonra II Mehmed Trabzon üzərinə yeridi. Lakin o, Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin deyildi. Odur ki, sultan Sara Xatun başda olmaqla ağqoyunlu elçilərini də özü ilə götürdü. Sara Xatun başda yol boyu sultanı Trabzonu fəth etmək fikrindən çəkindirməyə çalışdı. Lakin onun səyləri heç bir nəticə vermədi. Dənizdən osmanlı donaması tərəfindən mühasirə edilən Trabzon 30 günlük mühasirədən sonra, 1461-ci il oktyabrın 26-da türklər tərəfindən zəbt edildi. Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Artıq Trabzonun əldən getdiyini görən Sara xatun öz gəlininin - Dəspinə xatunun Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Bundan istifadə edib, Trabzon taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra ağqoyunlu elçilərinin başında geri qayıtdı. Görünür, ağqoyunlularla kəskinləşən münasibətləri yumşaltmaq üçün II Mehmed Sara xatuna xoş rəftar göstərmiş, onu çoxlu hədiyyələrlə geri yola salmışdı. Uzun Həsənin elçiləri ilə birlikdə, Yassıçəməndə bağlamış müqaviləni yenilətmək üçün sultanın qərbdəki istilalarını həyata keçirdikdən öz araxasını təhlükəsizləşdirmək istəyirdi.

 

Əbu Səidlə diplomatik əlaqələr


1468-ci ildə Teymurlu hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir. Lakin bu missiya uğursuzluqla nəticələnmişdi.

 

Qaraqoyunlularla diplomatik əlaqələr


Ağqoyunlu dövrünün tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədi ilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara xatuna o qədər də əzəmətli görünmədiyindən Cahangir mirzə və Uzun Həsənə sifariş göndərir ki, "Əgər gəlsəniz, qələbə sizin olacaq. Bu işi təxirə salmaq olmaz"[11] Sara Xatun orduya sadəcə bir nəzər salmaqla ağqoyunlular arasındakı qüvvələr nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsində xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın ordularına hücum edərək onları darmadağın etmiş, qaraqoyunluları bərk qorxuya salmışdı.

 

Məmlüklərlə diplomatik əlaqələr


Sara Xatun Misirə də getmiş, Ağqoyunlularla ittifaq bağlanmasına nail olmuşdur.

 

Ailəsi


Bir mənbəyə görə Cəlaləddin Əli bəylə evlənmiş 7 oğlu və 1 qızı olmuşdur:

Uzun Həsən
Cahangir Mirzə
Hüseyn
Cahanşah
İsgəndər
İbrahim
Üveys
Xədicə bəyim - Şeyx Cüneydlə evlənmişdir.

 

Mənbə: Vikipediya

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ