Şair Ramaldanov kimdir?

Şair Ramaldanov kimdir?

Ramaldanov Şair Ramaldan oğlu 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub. Milliyətcə ləzgidir.

1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-ci ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş məktəbinə daxil olub. 1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçmişdir.

1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olmuşdur. 1991-ci ildə akademiyanı bitirmişdir. 1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsindən - fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. 1993-cü il noyabr ayında 702 saylı motoatıcı briqadanın komandiri vəzifəinə təyinat almışdır. 1995-ci ildə 3-cü Ordu Korpusu komandiri vəzifəsinə təyin edilmişdir. 1997-2012-ci ilə qədər ordu korpusunun komandiri vəzifəsində xidmət keçmişdir.

Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademisayında tədris işlər üzrə rəis müavini vəzifəsində xidmət etmişdir. 2012-ci ildə yaş ilə əlaqədar xidmətdən ehtiyata tərxis olunmuşdur.

Hal-hazırda da Müdafiə Nazirliyinin aparıcı İdarələrindən birində öz bilik və bacarığını tətbiq etməkdə davam edir. Azərbaycan Respublikasının Prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, respublikada əminamanlığın təmin edilməsində xüsusi xidmətlərinə, öz əsgəri borclarını şərəflə yerinə yetirdiyinə görə Polkovnik Ramaldanov Şair Ramaldan oğlu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Ramaldanov uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsini ermənilərdən azad olunmasında iştirak edən 702 briqadanın komandiri, Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, Moskva "Frunze" adına akademiyanı bitirmiş odumuzdaki 6 zabitdən biri, Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçidir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ