EURO 1,9143 TRY 0,294
USD 1,7 RUB 0,0267

Rauf Süleyman kimdir?

Rauf Süleyman kimdir?

Həyatı


Rauf Süleyman Həsən oğlu Mirzəyev 1944-cü ildə Bakıda görkəmli teatrşünas Həsən Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətaya Əliyevanın ailəsində dünyaya göz açıb.

Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasında hədsiz bir maraqla böyüyən Rauf-Süleyman, orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub.

Təhsil almaqla yanaşı, 1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə bütün ömrünü televiziyaya bağlayıb.

Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib.

Bu dövürdə Rauf Süleyman Mirzəyev Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında - "Ədəbi-dram verilişləri" baş redaksiyası, "Gənclik" redaksiyasında rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla - "İdrak", "Zəriflik", "Evrika", "Tələbə dünyası", "Dünyaya sevinc gərək", "Yeddi sual, yeddi cavab", "Ev sizin, sirr bizim", "Qurama" folklor toplusu, "İlham pərisi" kimi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan verilişlər hazırlayıb.

Sırada "Xoşbəxt adam", "Ömür ağacı", "Dostun evi könüllərdir", "Ədalət naminə", "Tariximiz", "Bəxtiyar Vahabzadə", dörd hissəli "Türk Dünyası – Qitədən-Qitəyə" televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla araya-ərsəyə gətirib.

Bunula yanaşı "Səslər muzeyi", "Ömrün axarı" kimi silsilə proqramlar efirin yaraşıqı olub.

Rauf-Süleyman Mirzəyevin hazırladığı Azərbaycan Televiziyasında ən uzun ömürlü proqramlardan biri olan həftəlik "Turan" verilişinin rejissorudur.

Rejissor Ramiz Həsənoğlunun qardaşıdır.


Filmoqrafiya


Bəxtiyar Vahabzadə (film, 2003)
Dostun evi könüllərdir (veriliş, 2007)
Xoşbəxt adam (film, 1999)
Ömür ağacı (film, 2002)
Türk dünyası qitədən qitəyə (film, 2002)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ