EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264

Rasim Musabəyov kimdir?

Rasim Nəsrəddin oğlu Musabəyov 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) avtomatlaşdırma fakültəsinə daxil olmuşdur. 1972-ci ildə həmin institutun komsomol komitəsinin katibi seçilmişdir. 1974-cü ildə Azərbaycan komsomolu MK-nin tələbə şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1976-cı ildən 1982-ci ilə qədər Moskvada ÜLKGİ MK-nin aparatında işləmişdir. 1982-1985 illərdə Moskvada aspiranturada oxumuş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1985-1989-cu illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Moskvada Gənclər İnstitutunun (indiki Sosial-humanitar Akademiyasının) millətlərarası münasibətlər şöbəsinin müdiri olmuşdur. 1989-cu ildə Azərbaycana qayıtmışdır. Əvvəlcə Bakı Ali Partiya məktəbində sosiologiya laboratoriyasına rəhbərlik etmiş, 1990 - 1991-ci illərdə isə Kommunist partiyası Bakı Komitəsinin ideoloji şöbəsinin müdiri işləmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezident aparatında millətlərarası münasibətlər üzrə Müşavir işləmişdir. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclis aparatında Müşavir işləmişdir. 1994-1999-cu illərdə Bakı Politologiya İnstitutunda dosent vəzifəsində işləmişdir.

Hazırda müstəqil analitikdir.

Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Almaniya, Rusiya, Türkiyə, Çin, Gürcüstan, Ermənistanda və s. çap olunmuş 150-dən çox kitab, kitabça və elmi məqalələrin müəllifidir.

"Əmək rəşadətinə görə" medal ilə (1972) təltif olunmuşdur.

1990-1995-ci illərdə Bakı Şəhər Sovetinin deputatı olmuşdur.

1995-2005-ci illərdə "Müsavat" partiyası Ali rəhbərliyinin tərkibində olmuşdur.

2005-2008-ci illərdə Azərbaycan Mətbuat Şurasının üzvü olunmuşdur.

2006-2010 cı illərdə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun İdarə Heyətinin üzvü olmuşdur.

2010-cu ildə millət vəkili seçilmişdir.

Evlidir, bir qızı var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ