Ramil Quliyev kimdir?

Ramil Quliyev kimdir?

Həyatı


Ramil Quliyev 29 may 1990-cı ildə Azərbaycan Sovet Sosialist Respublikasının Bakı şəhərində anadan olmuşdur.

2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edərək Türkiyə bayrağı altında çıxış etməyə başlamışdır.

 

Karyerası


Ramil Quliyev ilk uğurlarını gənc yaşlarında Azərbaycanda qazanmışdır. O 60 m., 100 m. və 200 m. məsafəyə qaçışda Azərbaycanda uğurlar əldə edirdi. İlk böyük uğurunu isə 2007-ci ildə Gənclərin Dünya Çempionatında qazandı. O gümüş medal qazandı. Daha sonra isə 2009-cu ildə Yay Universiada Oyunlarında Serbiya paytaxtında qızıl medal qazandı.

Ramil Quliyev 2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil etdi. O təsnifat mərhələsində 20.78 nətucə göstərərək 1/4 finala adladı. 1/4 finalda isə 20.66 nəticə ilə 5-ci oldu və mübarizəni dayandırdı.

Bu Olimpiya Oyunlarından sonra onun karyerasında maraqlı hadisələr baş verir. 2011-ci ildə Ramil Quliyev Azərbaycan vətəndaşlığından imtina edərək qardaş Türkiyə vətəndaşlığını qəbul etdi. Bu hadisə Azərbaycan Atletika Federasiyası tərəfində birmənalı qarşılanmadı. Türkiyə vətəndaşlığını qəbul edən Ramil Quliyevin növbəti məqsədi 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək idi. Bu yarışlarda iştirak etmək üçün Azərbaycan Atletika Federasiyası tərəfindən xüsusi qərar verilməli idi. Amma gözlənilən qərar gəlməyincə Ramil Quliyev 2012 Yay Olimpiya Oyunlarını buraxmalı oldu.

2013-cü ildə Ramil Quliyev təmsil etdiyi ölkədə təşkil olunan Aralıq dənizi Oyunlarında 100 və 200 m. məsafəyə qaçışda gümüş medal qazandı. 2015-ci ildə Ramil Quliyev Cənubi Koreyanın Kvanju şəhərində Yay Universiada Oyunlarında bürünc medal qazandı.

2015-ci ildə Ramil Quliyev 7 illik fasilədən sonra Çin Xalq Respublikasının Pekin şəhərinə qayıtdı. Bir vaxtlar Pekin Milli Stadionunda Azərbaycan bayrağı ilə çıxış edən Ramil Quliyev bu dəfə Türkiyə bayrağı ilə həmin Stadiona qayıtdı. Dünya Çempionatında onun əsas məqsədi medal qazanmağ idi. Amma bu elədə yüngül deyildi. Onun yarışlarında Yamaykalı Useyn Bolt əsas favoritdir. Ramil Quliyev 200 m. Təsnifat mərhələsində 20.01 nəticə ilə birinci oldu. Yarım-finalda isə Ramil Quliyev 20.10 nəticə göstərərək finala adladı. Amma finalda Ramil Quliyev uğurlu çıxış edə bilmədi. O 20.11 nəticə ilə 6-cı yeri tutdu. Amma buna baxmayaraq o 2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı.

2017-ci ildə 100 metr yarışında əldə etdiyi 9.97-lik nəticə ilə 10 saniyənin altında qaçan üçüncü ağdərili atlet oldu. Həmin il Londonda keçirilən atletika üzrə dünya çempionatında Türkiyə adına yarışan Ramil 200 metr yarışında 20.09-luq nəticə ilə dünya çempionu oldu.Bu qələbə Türkiyə tarixində ilk dəfə idi.

Məşqçisi Oleq Muxindir

 

Ailəsi


Ramil Quliyevin atası Eldar Quliyev 2012-ci ildə vəfat etmişdir.

 

Mənbə: Vikipediya

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ