Qurbanqulu Berdiməhəmmədov kimdir?

Qurbanqulu Berdiməhəmmədov kimdir?

Qurbanqulu Məlikqulu oğlu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə Türkmənistan SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.

1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun ilk öncə Stomatologiya fakültəsini, sonradan isə aspiranturasını bitirmişdir. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlamışdır.

1990-1995 illər - Terpapevtik stomatologoya kafedrasının assistenti, dosent, Türkmən Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin dekanı.

1995-1997 illər - Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri.

1997-ci ildən etibarən - Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri.

2001-ci ildən etibarən - Türkmənistanın Nazirlər Komitəsinin sədrinin müavini.

2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.

Türkmənistanın birinci prezidenti Səfərmurad Niyazovun vəfatından sonra Dəfnetmə komissiyasına başçılıq etmiş və Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra etmişdir.

26 dekabr 2006 il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb.

11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23 % səs toplayaraq qalib gəlib. Qurbanqulu Berdıməhəmmədovun inauqurasiya mərasimi 14 fevral 2007-ci il tarixində baş verib.

2017-ci il 12 fevralda keçirilən prezident seçkilərində seçicilərin 97.69 %-inin səsini toplayaraq 3-cü dəfə yenidən prezident seçilib.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ