EURO 2,0152 NEFT 63,74
USD 1,7001 RUB 0,0291

Nikola Tesla kimdir? (II hissə)

Nikola Tesla kimdir?

Mündəricat
1 İlk illər (1856-1885)
1.1 Edison üçün işləməsi
2 Aralıq illər (1886- 1899)
2.1 Dəyişən cərəyan və asinxron maşın
2.2 Cərəyanlar müharibəsi
2.3 Amerika vətəndaşlığı
2.4 Rentgen təcrübələri
2.5 Radio
2.6 Kolorado Sprinqs
3 Vordenkliff illəri (1900- 1917)
4 Nobel mükafatı şayiələri
5 Sonrakı illər (1918- 1943)
6 İstiqamətləndirilmiş enerji silahı
7 Ölümü
7.1 Mülk
8 Patentlər
9 Şəxsi həyatı
9.1 Görünüşü
9.2 Eidetik yaddaş
9.3 Yuxu vərdişləri
9.4 Münasibətlər
9.5 İnanclar
9.5.1 Eksperimental və nəzəri fizika haqqında
9.5.2 Cəmiyyət haqqında
9.5.3 Din haqqında
10 Ədəbi işlər
11 İrsi və xatirəsi
11.1 Teslanın şərəfinə adlandırılıb
11.1.1 Mükafatlar
11.1.2 Müəssisə və təşkilatlar
11.1.3 Bayramlar və hadisələr
11.1.4 Ölçü vahidləri
11.1.5 Yerlər
11.2 Nikola Teslanın obrazının yaradıldığı kompüter oyunları
11.3 Xatirə lövhələri və abidələr
12 İstinadlar
13 Mənbələr
14 Əlavə oxu
15 Xarici keçidlər

 

Ölümü

 

Onun sevimli həndəsi obyekti olan sfera daxilində Teslanın külü olan qızıl suyuna salınmış dəfn urnası, Nikola Tesla Muzeyi, Belqrad.
Tesla 86 yaşında 7 yanvar 1843-cü ildə Nyu Yorker Otelinin 3327-ci otağında vəfat etdi. İki gün əvvəl Tesla qapıya əhəmiyyət verməyərək "narahat etməyin" nişanı qoymuşdu. Onun meyiti sonradan Teslanın otağına daxil olarkən qulluqçu Alisa Monaxan tərəfindən tapılıb. Tibbi ekspert köməkçisi H.W. Wembly Teslanın bədəninə baxdıqdan sonra qərar çıxarıb ki, ölümə səbəb koronar tromboz olub.[18] Teslanın meyiti Medisonda Frank E. Kempbel Dəfn Evinə yerləşdirilib. Teslanın köhnə dostu və tərəfdaşı Huqo Qernsbeq ölüm maskasının yaradılması üçün heykəltəraşa tapşırıq vermişdi. Həmin maska bu gün Nikola Tesla Muzeyində nümayiş olunur.[18]

İki gün sonra FTB Tesla Amerika vətəndaşı olmasına baxamayaraq, Teslaya məxsus əşyaları[18] müsadirə etmək üçün Xarici Əmlak İdarəsinə göstəriş verdi.[138] Nyu Yorker Oteli və digər Nyu York şəhərinin otellərindən Teslanın bütün əmlakı Xarici Əmlak İdarəsinin möhürü altında Manhattan Storage and Warehouse Companyə daşındı.[18] MİT professoru və Milli Müdafiə Tədqiqatları Komitəsi üçün texniki köməkçi kimi yaxşı tanınan elektrik mühəndisi Con Corc Tramp Xarici Əmlak İdarəsinin mühafizəsi altında Teslanın əşyalarını analiz etmək üçün çağırıldı.[18] Üç gün davam edən araşdırmalardan sonra Tramp bu qənaətə qəlib ki, təhlükə yaradacaq heç nə yoxdur. Sitat:

" Ən azı son 15 il ərzində Teslanın fikirləri və səyləri ilk növbədə enerjinin simsiz ötürülməsi və istehsalı ilə tez-tez əlaqəli olan spekulyativ, fəlsəfi və bir az reklam xarakteri barəsində idi; amma bu nəticələrə nail olmaq üçün yeni, sağlam, işlək prinsiplər və metodlar daxil etməmişdi[139]. "
Teslanın "ölüm şüası" hissəsini saxlamaq üçün nəzərdə tutulan qutuda Tramp 45 illik müqaviməti dəyişilə bilən qutu tapmışdı.[140]

10 yanvar 1943-cü ildə Nyu-Yorkun meri Forello La Quardiya "Ave Maria" və "Tamo daleko" musiqilərinin fonunda WNYC radiosunda canlı yayım zamanı Sloveniya əsilli Amerikalı yazıçı Luis Adamiç tərəfindən yazılmış mədhiyyəni oxudu.[18] 12 yanvarda Müqəddəs Con İlahi Kilsəsində Teslanın dəfn mərasimində 2000 insan iştirak etdi. Dəfn mərasimindən sonra Teslanın meyiti Ardslidə yerləşən Fernkliff Qəbiristanlığına aparılıb və burada yandırlıb. Növbəti gün ikinci dəfn xidməti Nyu-Yorkda Müqəddəs Sava Serb Pravoslav Kilsəsinin tanınmış Serb keşişləri tərəfindən aparılıb.[18]

 

Mülk


1952-ci ildə Teslanın bacısı oğlu Sava Kosanoviçin təzyiqi ilə Teslanın bütün əmlakı 80 sandıqda N.T. nişanı ilə gəmi vasitəsilə Belqrada göndərilib.[17] 1957-ci ildə Kosanoviçin katibi Şarlotta Muzar Teslanın külünü ABŞ-dan Belqrada göndərdi.[17] Kül hal-hazırda mərmər postament üzərində Nikola Tesla Muzeyində qızıl suyuna salınmış sferada nümayiş olunur.[141]

Onun dəyişən cərəyan elektrik patentlərinin satılmasına baxmayaraq, Tesla borc və yoxsulluq içində dünyasını dəyişib.[142][143][144][145]

 

Patentlər
Əsas məqalə: Nikola Teslanın patentlərinin siyahısı


Tesla ixtiralarına görə təxminən 300 patent alıb.[146] Teslanın patentlərinin bəziləri nəzərə alınmayıb və müxtəlif mənbələr patent arxivlərində gizli yatan bəzi patentləri aşkar ediblər. İzah üçün qeyd etmək olar ki, Teslanın 26 ölkədə buraxılmış ən azı 278 patenti var.[146] Teslanın patentlərinin çoxu ABŞ, Britaniya və Kanadadadır, ancaq bir çox digər patentləri bütün dünyada ölkələrində təsdiqlənib.[9] Tesla tərəfindən kəşf olunmuş bir çox ixtiraya patent himayəsi qoyulmayıb.

 

Şəxsi həyatı


Tesla hər gün səhər 9:00-dan axşam saat 6:00-ya qədər və ya daha artıq işləyirdi. Tesla şam yeməyini dəqiq vaxt olaraq 8:10-da Delmonico's restoranında, sonralar isə Uoldorf- Astoriya otelində yeyirdi. Tesla yalnız ona xidmət edə biləcək baş ofisianta nahar sifarişi üçün zəng edə bilərdi. "Yeməyin saat 8-də hazır olması tələb olunurdu. Tesla tək nahar edirdi, başqa halda isə öz ictimai öhdəliklərini ödəmək üçün nadir halarda qrupla nahar etməsi mümkün idi. Tesla tez-tez öz işini gecə saat 3:00-qədər davam etdirə bilərdi."[13]

Bədən gimnastikası üçün, Tesla hər gün təxminən 13 km-ə yaxın məsafə qət edirdi. O, hər axşam ayaq barmaqlarını yüz dəfə şaqqıldadırdı və öz beyin hüceyrələrini bununla stimullaşdırdığını deyirdi.[147]

Qəzət redaktoru Artur Brisben ilə olan müsahibəsində Tesla deyib ki, o telepatiyaya inanmır. Sitat:

" Fərz edək ki, mən sizi öldürməyə cürət edirəm. İkincisi isə siz bunu bilirsiz. İndi bu yaxşı deyil? Hansı proses bütün bu fikirləri əldə edəcək? "
Eyni müsahibədə Tesla bütün fundamental qanunların bir qədər zəifləyəcəyinə inandığını deyib.[148]

Həyatının sonlarına yaxın , Tesla hər gün göyərçinləri yemləmək üçün parka gedirdi və hətta yaralı birini alırdı, onun sağalması üçün otel otağına gətirərək qulluq edirdi.[149][150] Tesla qeyd edib ki, o gündəlik olaraq, məhz zədələnmiş göyərçinləri görmək üçün parka gedirdi. Tesla göyərçinlərin sınmış ayaqlarını və qanadlarını bərkidən , onların sümüklərinin bitişməsinə kömək edən rahat qurğu və binaya 2000$ xərcləmişdi.[151] Tesla deyirdi:

" Mən uzun illər ərzində millərlə göyərçini yedirdirdim. Ancaq qanadlarının üzərində açıq boz rəngli qısa xətli təmiz ağ, gözəl bir göyərçin var idi. Bu biri digərlərindən fərqlənirdi. O dişi göyərçin idi. Mənim yalnız ondan xoşum gəlirdi və onu çağırırdım, o da öz növbəsində uçaraq mənə tərəf gələrdi. Mən bir kişinin qadını sevdiyi kimi göyərçini sevirdim, o da məni sevirdi. Nə qədər ki, mən onu görürdüm, mənim yaşamağımın bir məqsədi var idi.[152][153] "
Tesla həyatını sonrakı illərində vegetarian oldu və yalnız süd, çörək, bal və tərəvəz şirələri ilə qidalanırdı.[123][154]

 

Görünüşü

 

Teslanın boyu 1.88 m, çəkisi isə demək olar ki, 1888-ci ildən 1926-cı ilə kimi dəyişməz olaraq 64 kq olub.[13] O, gündəlik fəaliyyəti reqlamentləşdirilmiş, geyiminə, özünə qulluğa xüsusi diqqət yetirən, Nyu - York şəhərinin dəbli, zərif insanlarından idi.

Bu şəxsi şöhrətpərəstliyə görə deyildi. Geyimindəki şəliqəlik və zəriflik öz şəxsiyyətinin hər bir pilləsi ilə bütöv harmoniya təşkil edirdi. Onun iri paltar şkafı yox idi və o, hər hansısa bir növ zinət əşyalarından istifadə etmirdi… Geyim məsələsində Tesla qeyd edib ki, dünya xarici görünüşdəki təcəssümə görə və şəxslərin cəzbedici əskiklikləri üçün geniş olmayan kiçik nəzakətlə öz məqsədi üçün yolunu daim yüngülləşdirən, öz şəxsiyyətini qiymətləndirən insanları seçir.[13]

New York World qəzetinin redaktoru Artur Brisben Teslanın görünüşünü belə təsvir edir:

" Nikola Tesla hündür, arıq və şübhəsiz ki, müntəzəm olaraq Delmonico'sa gedərkən, çox ciddi görününş alan biridir. Onun olduqca dərin gözləri var idi. Onlar olduqca aydın idi. Mən ondan belə aydın gözləri ola-ola necə bir Slavyan olması barədə soruşdum. O mənə dedi ki, onun gözləri vaxtilə daha qara olub, ancaq fikrində böyük sövdələşmələrdən istifadə edərək, onlara bir çox çalarlar əlavə edib. Mən dəfələrlə eşitmişəm ki, beyindən istifadə etmək gözlərin rəngini açıq edir.
O çox arıq, altı fut (180 sm) hündürlüyündə və yüz qırx funtdan (63 kq) daha az çəkiyə malik idi. Onun çox böyük əlləri var idi. Onun baş barmağı belə böyük əllər üçün də olduqca böyük idi. Onlar qeyri-adi dərəcədə böyük idi. Bu yaxşı əlamət idi. Baş barmaq əlin intellektual hissəsidir.

Nikola Teslanın bütün qüvvəsi ilə, böyük şövq və həvəslə işləyən (entuziast) başı var. Onun başı çiv formasındadır. Onu çənəsi buz baltası kimi nazikdir. Onun ağzı çox kiçikdir. Çənəsi zəif olmasa da, kifayət qədər güclü də deyil. Tesla praktiki sahələrdə işləmədiyi üçün onun sifətini digər kişilərin sifətləri kimi öyrənmək və mühakimə yürütmək olmaz. O başı üstündə öz həyatını yaşayır və orada içəridə ideyalar doğulur. Onun saçları dalğavari qara və qıvrımdır. O, öz yaradıcılığına dərin maraq göstərir. Onun adətən uğurlu keçən özünə inamı və xudbinliyi var. O, əslində haqqında yazılan və danışılan kişilərin əksəriyyətindən fərqlənir.[148][155]


Eidetik yaddaş


Nikola Tesla kitabları tam yadda saxlayaraq bir çox əsərlər oxuyurdu. O güman ki, fotoqrafik yaddaşa malik idi.[9] O poliqlot idi və səkkiz dildə danışa bilirdi: Serb-Xorvat, Çex,İngilis, Fransız, Alman, Macar, İtalyan və Latın.[13] Həyatının ilk illəri ərzində , Tesla zaman və zaman müxtəlif xəstəliklərə tutulurdu. O tez-tez qarabasmalarla müşayiət olunan gözlərinin önündə işığın gözqamaşdırıcı parlaqlığı kimi təzahür edən qəribə xəstəliklərdən əziyyət çəkirdi. O, tez-tez ideya və sözlərinə bağlı olan qarabasmalarla qarşılaşırdı. Sadəcə olaraq, əşyanın adını eşitməklə, Tesla real təfərrüfatı ilə onu təsəsvvür edə bilərdi. Tesla ifrat dəqiqliklə , o cümlədən bəzən vizual təfəkkür kimi məlum olan texnika, quruluş mərhələsinə keçənədək bütün ölçülər daxil olmaqla , ixtirasını fikrən təsəvvür edə bilərdi. O, adəti üzrə əl ilə çertyojlar çəkməyib, ancaq yaddaşında çalışıb. Tesla uşaqlıq həyatında əvvəllər baş verən hadisələri tez-tez xatırlayırdı.[9]

 

Yuxu vərdişləri


Tesla heç vaxt iki saatdan çox yatmadığını bildirirdi.[13]:46 Lakin Tesla etriaf edirdi ki, zaman və zaman öz enerjisini bərpa etmək üçün mürgüləyirdi.[147]

Qratsda təhsilinin ikinci ili zamanı Teslada bilyarda, şahmat və kart oyunlarına böyük maraq yaranır (və bu oyunlarda çox təcrübəli oldu). Bəzən 48 saatdan çox vaxtını oyun masası arxasında keçirirdi.[13]:43, 301 Bir dəfə Tesla öz laboratoriyasında yuxu və ya istirahət etmədən 84 saat ərzində çalışıb.[13]:208 Tesla ilə dostlaşan jurnalist Kennet Svizi təsdiq edir ki, Tesla nadir hallarda yatırdı. Svizi bir səhər Teslanın onu gecə saat üçdə çağırdığını xatırlayır.

" Mən bir ölü kimi otağımda yatırdım ... Birdən telefon zəngi məni oyatdı ... Tesla qızğın şəkildə aramla danışırdı. O başqa bir nəzəriyyə ilə müqayisə etdiyi məsələni həll edirdi. O, hiss edəndə ki həll yolunu tapıb qəflətən telefonu söndürdü. "
[147]

 

Münasibətlər

 

Tesla heç vaxt evlənməyib. O bildirib ki, onun təmkinliyi onun elmi qabiliyyətinə çox faydalı olub.[9]:33 Lakin ömrünün sonuna yaxın, o müxbirinə demişdir. "Bəzən mən hiss edirəm ki, evli deyiləm, mən öz işimə görə böyük qurban etmişəm."[23] Teslanın məhəbbəti uğrunda mübarizə aparan və bəzən ona dəlicəsinə aşiq olan çoxsaylı qadınlar olub. Halbuki, nəzakətli və sakit olan Teslanın hər hansı məlum münasibətləri yox idi.

Tesla işi ilə özünü təcrid edirdi və ünsiyyətsizliyə meylli idi.[156][157][158][159] Lakin nə vaxt ki o, sosial həyatda iştirak edirdi, bir çox insanlar Teslandan çox müsbət və heyranlıqla danışıb. Robert Andervud Conson Teslanı "nəfis şirinliyə , səmimiliyə, təvazökarlığa, incəliyə, nəcibliyə və gücə" malik olan bir insan kimi təsvir edirdi.[23] Onun sadiq katibi, Doroti Skerrit yazırdı: "Onun duruşunda olan həmişə dahi təbəssümü və alicənablığı, qəlbində dərin kök salan centlmenlik xüsusiyyətlərini bildirirdi."[13] Teslanın dostu Culian Qotorn yazırdı: "Nadir hallarda bir alim və ya mühəndislə qarşılaşarsınız ki, o həmçinin şair, filosof , gözəl musiqinin qədir-qiymətini bilən , dilçi, ərzaq və içkinin bilicisi olsun."[9]:80

Tesla Frensis Marion Krouford, Robert Andervud Conson,[160] Stenford Uayt,[161] Frits Levenşteyn, Corc Şerff, Kennet Svizi ilə yaxşı dost idi.[162][163][164] Orta yaşlarında Tesla Mark Tven ilə yaxın dost olub. Onlar birlikdə Teslanın laboratoriyasında və başqa yerlərdə çox vaxt keçirirdilər.[160] Tven telefondan sonra ən dəyərli patent kimi Teslanın induksiya motorunu son dərəcə heyranlıqla təsvir edirdi.[165] 1920-ci ilin sonralarında Tesla şair, yazıçı, mistik və sonradan Nasist təbliğatçısı olan Corc Silvestr Virek ilə dostlaşdı. Tesla arabir Virek və onun həyat yoldaşı tərəfindən verilən naharda iştirak edirdi.[166][167]

Tesla bəzi vaxtlar kobud ola bilərdi. Katibinə kök olduğuna görə atəş açmasından sonra, kök insanlara qarşı mənfi münasibəti olması məlum olmuşdu.[9]:110 O geyimi tənqid etmək üçün tələsdi. Bir neçə dəfə Tesla onu evə getmək və paltarını dəyişmək üçün göndərib.[9]:33

1931-ci ildə Tomas Edison vəfat edəndə , Edisonun həyatının geniş işıqlandırılmasında Tesla The New York Times-a yalnız mənfi fikirlərlə töfhə vermişdir.

" Onun heç bir hobbisi yox idi, bütün əyləncələrdən kənar və ən sadə gigyena şərtlərinə belə əməl etmədən həyat sürürdü...Onun metodu son dərəcə eyri-effektiv idi, böyük ərazi ümumiyyətlə nəsə əldə edə bilmək üçün örtülü olmalı idi və mən ilk növbədə onun fəaliyyətinə baxaraq demək olar ki, təəssüf hissi keçirirdim, çünki, bir qədər nəzəriyyə və hesablama ilə onun 90 faiz əməyinə qənaət etmək olardı. Lakin, o, kitablardan öyrənməyə və riyazi təhsilə tam nifrət edir, tamamilə yaradıcı hisslərinə və praktik Amerikan zəkasına etibar edirdi.. "
Edison çox yaşlı olanda və ölümünə yaxın deyirdi ki, geriyə baxanda etdiyi ən böyük səhv heç vaxt Teslaya və onun işlərinə hörmət etməməsi olub.[168]

 

İnanclar
Eksperimental və nəzəri fizika haqqında


Tesla öz yazılarında fizikanın ilkin atom başa düşülməsini göstərirdi.[169] O, atomun kiçik elementar hissəciklərdən ibarət olması nəzəriyyəsi ilə razılaşmayıb və bildirirdi ki, orada elektrik yükünü yaradan elektron kimi belə şeylər yox idi (O inanırdı ki, əgər elektronlar bütünlüklə mövcuddursa, onlar maddənin dördüncü halı ola bilər və ya kiçik atomlar yalnız eksperimental vakuumda mövcud ola bilər və onların elektrik ilə heç bir əlaqəsi yoxdur).[13]:249[170] Tesla hesab edir ki, atomlar dəyişməzdir. Onları istənilən bir yolla parçalamaq və ya dəyişmək olmaz. O elektrik enerjisini göndərən 19-cu əsrdə yaranmış və geniş yayılmış "efir" konsepsiyasına inanırdı.[171]

Tesla ümumiyyətlə, maddənin enerjiyə çevrilməsi haqqında nəzəriyyəyə qarşı idi.[13]:247 O həmçinin Enşteynin nisbilik nəzəriyyəsini tənqid edərək bildirib:

" Mən hesab edirəm ki, heç bir xüsusiyyətə malik olmayan sadə səbəbdən məkan əyilə bilməz. Bu isə demək olar ki, İlahi xüsusiyyətlərə malikdir. O malik deyil, ancaq yalnız atributlar və bizim öz yaratdığımız var. Boşluğun doldurulması məsələsi ilə məşğul olanda xassələrdən biz yalnız danışa bilərik. Demək olar ki, əyilmiş olan məkanda böyük cisimlərin olması nə isə bir şeyin əhəmiyyətsiz bir şey etməsinə ekvivalentdir. Məsələn, mən bu cür baxışla razılaşa bilmərəm.[172] "
Tesla üzərində 1892-ci ildə[13] işləməyə başladığı maddə və eneji ilə bağlı öz fiziki prinsipinin inkişafı tələbini irəli sürdü və 81 yaşında 1937-ci ildə "ağırlığın dinamik nəzərriyyəsini" tamamlayaraq məktubda iddia etdi ki, məkanın əyilməsi kimi yalnış konsepsiyalar və mənasız spekulyasiyalara son qoyula bilər. O, qeyd edib ki, bu nəzəriyyə bütün təfərrüatı ilə hazırlanıb və o, ümid edir ki, tezliklə dünyaya bəyan edilə bilər.[173] Onun nəzəriyyəsinin daha da aydınlaşdırılmasına heç vaxt onun əsərlərində rast gəlinməyib.[9]:309

 

Cəmiyyət haqqında


Tesla öz dövrünün bir çox tanınmışları kimi, yevgenikanın süni seçmə variantının tərəfdarı olub. Onun öz fikirlərinə inamından irəli gəlir ki, insanların "mərhəməti", bir şəxsin digər bir şəxs üzərində olan üstünlüyü və ya daha doğrusu "əsas irqin" konsepsiyalarından "təbiətin amansız işlərinə" qeyri-qanuni şəkildə müdaxilə edir. Bu onun təbliğatı idi, lakin sonralar bu fikirdən uzaq durub. O, 1937-ci ildə olan müsahibəsində qeyd edirdi:

" ...İnsanın mərhəmətinin yeni hisləri təbiətin amansız işinə qarışmağa başladı. Yalnız bizim sivilizasiya və irq anlayışlarına uyğun üsul tərəfindən nikah instinktinin məqsədyönlü rəhbərliyi və sterilizasiyası ilə yararsız çoxalmanın qarşısını almaq üçündür. Yevgenika nəzəriyyəçiləri arasında ümumi rəyin istiqaməti ondan ibarətdir ki, biz nikahı daha çətin etməliyik. Şübhəsiz ki, istənilən valideyn olmayan kimsəyə nəsil artırmağa icazə verilir. Bir əsr keçdikdən sonra belə, normal insan üçün adi cinayətkarla evlənmək əlverişsiz olacaqdır.[174] "
1926-cı ildə Tesla gender bərabərliyi istiqamətində qadınların sosial itaəti və qadınların mübarizəsinin xəstəliyi haqqında şərh verərək və bəşəriyyətin gələcəyinin "Kraliça Arı" tərəfindən koordinasiya olunacağını bildirib. O, hesab edirdi ki, qadınlar gələcəkdə dominant cins olacaq.[175]

Teslanın humanist dünyagörüşü öz bioqrafiyaları tərəfindən geniş şəkildə müzakirə olunur.[176][177][178][179][180]

Tesla çap olunmuş "Elm və kəşf müharibənin başa çatmasına gəritib çıaracaq böyük qüvvədir"(ing. Science and Discovery are the great Forces which will lead to the Consummation of the War, 20 dekabr 1914) məqaləsində birinci dünya müharibəsindən sonra ətraf mühitin müvafiq məsələləri barəsində proqnozlar verirdi.[181]

 

Din haqqında


Tesla pravoslav xristian idi. Həyatının sonrakı illərində o, "pravoslav düşüncəsində özünü dindar hesab etmir" və dini fanatizmin əleyhinə çıxmışdı.[182] Buna baxmayaraq, onun həm Buddizmə , həm də Xristianlığa dərin hörməti var idi.[19][182]

1900-cü ildə nəşr olunmuş "insan enerji artırılmasının problemləri" (ing. The Problem of Increasing Human Energy) məqaləsində Tesla qeyd edirdi:

" Əsrlər boyunca insanın vahid bir varlığın tərkib hissələri olması ideyası müxtəlif dini nəzəriyyələr vasitəsiylə təlqin edilmiş, lakin, bu insanlar arasında sülhün təmin edilməsi və birliyin təbliği üçün yox, dərin əsaslı həqiqət kimi təqdim olunmuşdur. Buddist bunu bir yolla ifadə edir Xristian digər bir yolla, amma hər ikisi eyni cür deyir: Biz hamımız birik.[183] "
Lakin onun dini baxışları onun yaratdığı digər fikirlərə görə naməlum qalır.[184][185][186] 1937-ci ildə nəşr edilmiş özünün (ing. A Machine to End War) "müharibənin sonu üçün maşın" məqaləsində Tesla qeyd edirdi:

" Dinin idealı və elmin idealı arasında toqquşma yoxdur, ancaq elm mənəvi inam tərzinə qarşıdır, çünki elm faktlara əsaslanır. Mənə görə kainat sadəcə olaraq heç vaxt meydana çıxmayan və heç vaxt sonlanmayacaq böyük maşındır. İnsanın olması təbii quruluş üçün istisna deyil. İnsan, kainat kimi maşındır. Bizim fikirlərimizə və bizim hərəkətlkərimizin müəyyənliyinə heç nə daxil deyil. Birbaşa və ya dolayısı ilə bizim duyğu orqanlarımız xaricdən mühit qıcıqlarına cavab olaraq döyünür. Xarici mühitimizin oxşarlığı və quruluşumuzun eyniliyi ilə əlaqədar olaraq, biz bu cür mühit qıcıqlanmalarına qarşı müvafiq qaydada reaksiyamızın harmoniyası ilə cavab veririk və bizdə anlaşma yaranır. Əsrlər boyu sonsuz mürəkkəb mexanizmlər hazırlanır, ancaq biz bədənin fəaliyyət göstərənlərinin cəmini əsla olmayan "ruh" və ya "qəlb" kimi adlandırırıq. Bu fəaliyyət göstərənlər dayansa , beləcə "qəlb" və ya "ruh" da dayanır.[182] "


Ədəbi işlər

 

Tesla qəzet və jurnallar üçün bir sıra kitab və məqalələr yazırdı.[187] Onun kitablarının arasında Ben Conston tərəfindən tərtib və redaktə edilmiş Mənim Kəşflərim: Nikola Teslanın Avtobioqrafiyası (ing. My Inventions: The Autobiography of Nikola Tesla), Devid Xetçer Çildress və The Tesla Papers tərəfindən tərtib edilmiş Nikola Teslanın Fantastik Kəşfləri (ing. The Fantastic Inventions of Nikola Tesla) kitabları var.

Öz kitabında nəşr olunmuş Kəşflər, Tətqiqatlar və Nikola Teslanın Yazıları[188][189] "Yüksək Potensialda və Yüksək Tezlikdə Dəyişən Cərəyan Təcrübələri" məqaləsi və 1900-cü ildə The Century Magazinedə nəşr olunmuş[190][191] "Bəşəri Enerjinin Artırılmasının Problemləri" məqaləsi daxil olan Nikola Teslanın yazılarının bir çoxu azad şəkildə internetdə yerləşdirilib.[192][193]

 

İrsi və xatirəsi


Teslanın irsi kitablar, filmlər, radio, televiziya, musiqi, canlı teatr, komikslər və video oyunlarda yaşayır. Tesla tərəfindən kəşf olunmuş və ya nəzərdə tutulmuş texnologiyaların təsiri elmi fantastikanın bir neçə növündə daimi mövzulardan biridir.

Məsələn, 1931-ci ildə Teslanın 75 yaşı oanda, Time jurnalı üz qabığı kimi Teslanın şəkli qoyub.[194] Örtük şəklində elektrik enerjisi hasilatında verdiyi töhfələrə görə “Bütün dünya onun enerji evidir” yazısı qeyd olunub. O Albert Eynşteyndə daxil olmaqla 70-ə yaxın alim və mühəndisdən təbrik məktubu almışdı.[195]

 

Teslanın şərəfinə adlandırılıb
Mükafatlar

 

Nikola Tesla Mükafatı[196]


Müəssisə və təşkilatlar


1982-ci ilin sonralarında Sakramentoda yaranmış Tesla qrupu
Tesla Motors, elektrik maşın şirkəti[197]
Ericsson Nikola Tesla, İsveçin telekommunikasiya avadanlıqları istehsalçısı Ericsson şirkətinin Xorvatiyadakı filialı[198]
1956-ci ildə təsis edilmiş Tesla Cəmiyyəti[199]
Nvidia Tesla, ümumi təyinatlı qrafik prosessorlar brendi[200]


Bayramlar və hadisələr


10 iyul, Xorvatiyada Nikola Tesla günü[201]
Xorvatiyada Nikola Tesla illik elektrik nəqliyyat vasitələrinin toplantısı[202]


Ölçü vahidləri


Tesla (ölçü vahidi), maqnit induksiyasının Beynəlxalq Sistemlərdə törəmə vahidi

 

Yerlər

Yer kürəsində


Nikola Tesla Belqrad Hava Limanı[203]
Nikola Tesla Muzey Arxivi, Belqrad[204][205]
TPP Nikola Tesla, Serbiyada ən böyük elektrik stansiyası
2008-ci ildə Xorvatiyada Nikola Teslanın şərəfinə ümumilikdə 128 küçə adlandırılmışdı.[206]


Kosmosda


2244 Tesla, kiçik planet[207]
Tesla, ayın görünməyən tərəfində 26 kilometr enliyində krater[207]


Nikola Teslanın obrazının yaradıldığı kompüter oyunları


Tesla Breaks the World!
Assassin's Creed II və Assassin’s Creed: Brotherhood
Boiling Point: Road to Hell
Dark Void
ParaWorld
Command & Conquer
Team Fortress 2
The Order: 1886
Nancy Drew: The Deadly Device
BioShock Infinite
Clash of Clans


Xatirə lövhələri və abidələr


2006-cı ildə Xorvatiyanın Smilyan kəndində Nikola Tesla Xatirə Mərkəzinin açılışı olub. Burada heykəltəraş Mil Blazeviç tərəfindən hazırlanmış Nikola Teslanın heykəli var.[208][209][210]
7 İyul 2006-cı ildə Xorvatiyanın paytaxtı Zaqrebin 17-ci rayonu olan Dolniy qradda Masarykova and Preradoviçeva küçələrinin tinində Nikola Teslanın heykəlinin açılışı olub. Bu heykəl 1952-ci ildə İvan Meştroviç layihə edilib və Zaqrebdə yerləşən Ruder Baskoviç Universitetindən bura köçürülüb.[211][212]
Teslanın heykəli Nyu Yorkun Niaqara Fols şəhərində də yaradılıb.[213] Bu heykəlin layihəsini vermiş Frano Krişiniç Teslanı oxuyan formada təsvir edib. Heykəl ilk dəfə 1963-cü ildə Belqrad Universitetinin Elektrik Mühəndisləri Fakültəsinin qarşısında ucaldılıb və 1976-cı ildə bu heykəlin bənzəri Yuqoslaviya tərəfindən ABŞ-a təqdim olunub.
Dəyişən cərəyan generatorunun bir hissəsi üzərində təsvir edilmiş Teslanın heykəli Kraliça Viktoruya Parkında ucaldılıb. Heykəlin rəsmi açılışı Teslanın doğumunun 150-ci il dönümündə-9 iyul 2006-cı ildə olub. Heykəl Müqəddəs Corc Serb Kilsəsi tərəfindən maliyyələşdirilib və layihəsi Ontario əyalətinin Hamilton şəhərindən olan Les Draizdeil tərəfindən verilib.[214][215] Draizdeilin layihəsi beynəlxalq müsabiqənin qalibi olub.[216]

2012-ci ildə Vordenkliffdə Tesla Elm Mərkəzi qeyri-kommersiya qrupunun prezidenti Ceyn Alcorn və karikatura veb saytı olan Oatmealin yaradıcısı Metyu İnman Vordenkliff qülləsini muzeyə çevirmək üçün Nyu York ştatındakı qrantdan 850,000 $, kampaniyadan isə 1,370,511 $ olmaqla ümumilikdə 2,220,511 $ vəsait topladılar.[217][218] Qrup 2012-ci ilin oktyabrında Afga Korporasiyasından Lonq Aylenddə mülkiyyət almaq üçün danışıqlara başlayıb.[219] Mülkiyyətin alınması 2013-ci ilin mayında başa çatdırılıb.[220]

Nikola Teslanın şərəfinə xatirə lövhəsi İEEE tərəfindən New Yorker Otelinin fasadına quraşdırılıb.[221]
Teslanın şərəfinə adlandırılmış Nikola Tesla Bölgəsi Nyu-York şəhərində Manhettendə 40-cı küçə ilə Altıncı Avenyunun kəsişməsindədir. Lövhənin yerləşməsi Nyu Yorkun Tesla Xatirə Cəmiyyətindən Lyubo Buyoviç və Nyu York rəsmiləri ilə Nyu-York Xorvatiya Klubunun səyləri sayəsində mümkün olub.[222]
Teslanın şərəfinə Bakıda heykəl qoyulub. Heykəlin açılışında Azərbaycanın prezidenti İlham Əliyev və Serbiyanın prezidenti Tomislav Nikoliç iştirak ediblər[223].
Teslanın şərəfinə Nyu York şəhərinin 26-cı küçəsində Müqəddəs Sava Serb Pravoslav Kilsəsinin xaricində onun büstü və xatirə lövhəsi qoyulub.[224]
Teslanın şərəfinə zaman kapsulası və pulsuz Wi-Fi ilə təhciz olunmuş heykəl (Teslanın vəfatının 100-cü ildönümü ilə əlaqədar olaraq 7 yanvar 2043-cü ildə açılacaq) 7 dekabr 2013-cü ildə Palo-Altoda nümayiş olunub.[225]

 

İstinadlar

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ