EURO 1,8495 NEFT 52,05
USD 1,7025 RUB 0,0299

Nazim Məmmədov kimdir?

Nazim Məmmədov kimdir?

Nazim Məmmədov 1934-cü ildə Bakıda şəhərində dünyaya gəlib.

1957-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1961-ci ildə Moskvada “Soyuzmultfilm” kinostudiyasında multiplikasiya kurslarını başa çatdırdıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator işləyib. Özünün birinci, eləcə də Azərbaycanın ilk cizgi filmi olan “Ayı və siçan” filmini 1970-ci ildə çəkib. “Azərbaycanfilm” kinostudiyasında 40 sənədli filmin istehsalında iştirak edən N.Məmmədov 1988-ci ildə “Göyçək Fatma” adlı 5 hissədən ibarət respublikada ilk multfilm-operanı yaradıb.

Onun yaratdığı cizgi filimləri dünya məşhur animasiya festivallarında iştirak edib. Nazim Məmmədov azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyada çalışmış və Azərbaycan animasiyasının banisi olmuşdur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika ilə məşğul olub. Azərbaycanda və Respublikadan kənarda coxaylı fərdi sərgiləri keçirilib. Onun rənkərlıq əsəsrləri muxtəlif kolleksiyalarda və muzeylərdə saxlanılır. Xocalı faciəsinə həsr edilmiş zəngin kolleksiyası Azərbaycan Milli Muzeyində saxlanınlır. Kitab qrafikası ilə məşğul olub və 400-dən artıq uşaq kitablarına illüstrasiyalar çəkib.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.

2016-cı ilin sentyabrında Port Baku Mallda Nazim Məmmədovun 50-dən çox əsərinin yer aldığı sərgisi açılmışdır.

 

Filmoqrafiya


Aslan və iki öküz (film, 1970)
Ayı və siçan (film, 1970)
Cırtdan (film, 1969)
Cırtdanın yeni sərgüzəşti (film, 1973)
Fitnə (film, 1970)
Göyçək Fatma (film, 1988)
Humayın yuxusu (film, 1985)
Xeyir və Şər (film, 1980)
Karvan (film, 1995)
Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967)
Qozbeli qəbir düzəldərmi? (film, 1972)
Sehrlənmiş küpə (film, 1979)
Sonrakı peşmançılıq (film, 1978)
Şah və xidmətçi (film, 1976)
Şahzadə-qara qızıl (film, 1974)
Talada ev (film, 1986)
Toplan və kölgəsi (film, 1977)
Tülkü həccə gedir (film, 1971)
Yerli kadr təsdiqə gedir (film, 1973)

 

Mənbə: Vikipediya, Animasiya Muzeyi

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ