EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285

Mövsüm Səmədov kimdir?

Mövsüm Səmədov kimdir?

Mövsüm Səmədov (tam adı:Mövsüm Mərdan oğlu Səmədov; 4 sentyabr 1965, Quba, Azərbaycan SSR, SSRİ) - azərbaycanlı həkim[1]; ictimai-siyasi xadim; ilahiyyatçı-alim; Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.)

 

Həyatı


Mövsüm Mərdan oğlu Səmədov 4 sentyabr 1965-ci ildə Quba rayonunda anadan olub.

 

Təhsili


1972-1982-ci illərdə Quba şəhəri 3 saylı orta məktəbdə təhsil almışdır.

1983-cü ildə Azərbaycan Tibb İnstitutunun (indiki ATU) Müalicə proflaktika fakültəsinin terapevt ixtisasına daxil olmuş və 1990-cı ildə oranı bitirmişdir.

1995-ci ildə təhsil almaq üçün İranın Qum şəhərinə getmiş və orada Qum Elmi Mərkəzinə qəbul olmuş və 2002-ci ildə oranı bitirmişdir.

 

Hərbi fəaliyyəti


1990-cı ildə icbari hərbi xidmətə getmiş və 1992-ci ildə leytenant rütbəsi ilə hərbidən tərxis olunmuşdur.

 

Əmək fəaliyyəti


Hərbidən tərxis olunduqdan sonra Dağıstanda həkimlik etmişdir. Daha sonra 2 il Quba rayonunun Digah kəndində Ambulatoriyanın baş həkimi vəzifəsində çalışmışdır.

 

İctimai-siyasi fəaliyyəti


Mövsüm Səmədov 1990-cı illərin əvvəllərində Milli Azadlıq Hərəkatında iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsinin üzvlərindən biri olmuşdur. Mövsüm Səmədov 1990-cı ildən AXC-yə üzv olub və siyasi fəaliyyətinə də buradan başlamışdır. 1993-cü ildə AXC sıralarından ayrılmış və Azərbaycan İslam Partiyasına üzv olmuşdur. Qum Elmi Mərkəzidəki təhsilini başa vurduqdan sonra 2002-ci ilin fevral ayında Azərbaycana qayıtmış və Azərbaycan İslam Partiyasının idarəçiliyində iştirak etməyə başlamışdır. 2002-2007-ci illərdə AİP-in Quba rayon təşkilatının sədri, 2007-ci ildə isə AİP-in qurultayında partiya sədri seçilmişdir.

 

Həbsi


Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısında insan hüquqları, korrupsiya və rüşvət halları, Qarabağ probleminin həlli, İslama və İslamçılara təzyiq, hicab qadağası, İslamofobiya ilə bağlı hakimiyyətin siyasətini tənqid etmişdir. Bu hadisədən 5 gün sonra: 7 yanvar 2011-ci ildə işdən evə qayıdarkən yol-hərəkət qaydalarını pozması iddiası ilə saxlanılmış və polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilmişdir. 13 sutkalıq həbs cəzası 20 yanvar 2011-ci il tarixində bitmiş və bu müddətdə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmışdır. 20 yanvar 2011-ci ildə M. Səmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1; 214.2.3; 228.3 və 278 maddələri üzrə ittiham irəli sürülmüş və Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçmişdir. AİP M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirmişdir.

24 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısı keçirilmiş və partiya nizamnaməsinə əsasən, həbsdə olan Mövsüm Səmədovun sədrlik funksiyası onun birinci müavini Elçin Manafova verilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli qərarı ilə M. Səmədov ittiham olunduğu müddəalar üzrə 12 il azadlıqdan məhrum edilmişdir.

M. Səmədov məhkəmənin hökmündən sonra Bakı şəhər 11 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Burada bir neçə dəfə “kars”a salınıb. 18 sentyabr 2014-cü ildə səbəb göstərilmədən Bakı şəhəri 12 saylı cəzaçəkmə müəssisəsinə istiqamətləndirilmişdir. Burada əvvəl 5, daha sonra 7 sutkalıq “kars”a salınıb. Bakı şəhəri 11 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinin iddiası əsasında 9 oktyabr 2014-cü il tarixində Qaradağ Rayon Məhkəməsi M. Səmədov barəsində 2 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı qərar çıxarmışdır.[11] Vəkili A. Qasımlı tərəfindən Qaradağ məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti əsasında 24 noyabr 2014-cü ildə keçirilən məhkəmə də həmin qərarı qüvvədə saxlamışdır.

 

2013 Prezident seçkiləri


1 iyul 2013-cü ildə Azərbaycan İslam Partiyasının Baş Məclisi partiyanın sədri M. Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etmiş və həmin gün həbsdə olduğu 11 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə günlük "kars"a (cərimə təcridxanasına) salınmışdır. Vəkili Anar Qasımlı həbsxana tərəfindən M.Səmədovun hansı səbəbdən və neçə günlüyə “kars”a salınması ilə bağlı məlumat verilmədiyini bildirmişdir. 19 avqust 2013-cü ildə AİP-in sədr müavini və Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət Uğrunda Hərəkat təşəbbüs qrupunun rəhbəri Akif Heydərli tərəfindən M. Səmədovun özünün yazdığı ərizə ilə prezidentliyə namizədliyinin qeydə alınması üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. MSK isə M. Səmədovun namizədliyinin irəli sürülməsi barədə MSK-ya müraciət olunmadığını bildirmişdir. Bu məsələ ilə əlaqədar olaraq M. Səmədov prezident seçkilərini boykot etdiyini açıqlamış və seçkilərə qatılmamışdır.

 

Ailəsi


M. Səmədov Mehparə Səmədova ilə ailəlidir. 4 uşağı: Zəhra Səmədova adlı bir qızı var.

Həyat yoldaşı Mehparə Səmədova İranın Ali Rəhbəri Əli Xameneinin sədrliyi ilə 2012-ci ilin iyul ayının 11-də “İslami oyanış və qadınlar” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmiş və qızları Zəhra Səmədovanın fars dilində Xameneiyə ithaf etdiyi şeiri oxumuşdur.

 

Mədəniyyətdə


2013-cü ildə Cavid Cabbarlının Mövsüm Səmədovdan bəhs etdiyi "Allah amanında" kitabı çıxmış, kitabın təqdimetmə mərasimi 23 may 2013-cü ildə Bakıda olmuşdur.

Yazıçı-publisist Nəriman Mahmud Mövsüm Səmədov haqqında "İlahi sınaq qarşısında" kitabını yamzışdır. Kitabda N. Mahmudun "İlahi sınaq qarşısında" adlı bədii-publisistik povesti və M. Səmədovun mətbuata verdiyi müsahibələr yer alıb. Kitab 2014-cü ildə Bakıda çap olunmuşdur.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ