EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259

Milad Beygi kimdir?

Milad Beygi kimdir?

Həyatı


Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub.[2] Milliyyətcə qaşqay olan Milad Beyginin şəxsi məşqçisi Reza Mehmandostdur.[2] Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi.[5] Milad Beygi, subaydır.[5]

 

Karyerası

İran yığmasının heyətində


2014

Milad Beygi beynəlxalq səviyyədə birinci yarışına 2014-cü ildə qatıldı. O, İranın paytaxtı Tehran şəhərində baş tutan hərbçilər arasında Dünya Çempionatında uğurla çıxış etdi. Milad Beygi finala gedən yolda Çinli Lonqu 12:3 və Ermənistan idmançısı, 2008-ci ilin Avropa çempionu Arman Yeremyan 17:9 hesabı ilə məğlub etdi. Həlledici, final görüşündə isə o, Qətər nümayəndəsi Mahmud Həmdi Abdul Rəhim üzərində inamlı, 16:4 hesablı qələbə qazandı və hərbçilər arasında Dünya Çempionatının qalibi oldu.

2015

Bir il sonra isə Milad Beygi, yenə İranın paytaxtı Tehran şəhərində baş tutan yarışa qatıldı. "Fajr Open" yarışının yarım-final mərhələsinin görüşündə o, Fransa idmançısı Torann Maizeroini 8:0 hesabı ilə, final görüşündə isə həmyerlisi, 2011-ci ilin Dünya çempionu, İranlı Fərzad Abdullahini 12:0 hesabı ilə məğlub etdi və "Fajr Open" yarışının çempionu oldu.

Daha sonra, Milad Beyginin şəxsi məşqçisi Reza Mehmandost Azərbaycan yığmasının baş məşqçisi postuna gətirildi. Bir müddət sonra isə İran yığmasında, Mehdi Xodabaxşi ilə rəqabətdə məğlub olan və irimiqyaslı yarışlara buraxılmayan Milad Beygi, Azərbaycan vətəndaşlığını qəbul etdi və Azərbaycan yığmasının üzvü oldu.

 

Azərbaycan yığmasının heyətində

Milad Beygi, Azərbaycan bayrağı altında birinci yarışına 2015-ci ildə qatıldı.[6] Ukraynanın Xarkov şəhərində baş tutan "Ukrayna Open" yarışının yarım-final mərhələsinin görüşündə o, yerli, Ukrayna idmançısı Sergey Çayqanı 7:1 hesabı ilə məğlub etsədə, final görüşündə Türkiyəli Yunus Sarıya 13:15 hesabı ilə məğlub oldu və "Ukrayna Open" yarışının gümüş medalına sahib oldu.[6][7]

Daha sonra Milad Beygi, Azərbaycan yığması ilə birgə Rusiyanın Çelyabinsk şəhərində baş tutan Dünya Çempionatına yollandı. Amma, Milad Beyginin vətəndaşlığı ilə bağlı problemləri həll olunmadığı üçün o, yarışlardan uzaqlaşdırıldı. Həmin "mundial"-ın çempionu isə İran idmançısı, Milad Beyginin prinsipial rəqibi Mehdi Xodabaxşi oldu.

 

I Avropa Oyunları

 

Azərbaycan Prezidenti İlham Əliyev, Milad Beygiyə I Avropa Oyunlarının qızıl medalını təqdim edən zaman
2015-ci ilin iyun ayında isə Milad Beygi, mövsümün əsas yarışına qatıldı. Bakı şəhərində baş tutan I Avropa Oyunlarında o, yarışların əsas favoriti olmasa da, sonda I Avropa Oyunlarının qalibi olmağa bacardı. Milad Beygi birinci görüşdə, 1/8 final mərhələsində Serbiya nümayəndəsi Damir Fejziç ilə üz-üzə gəldi.[8] Həmin görüşdə o, 12:0 hesablı inamlı qələbə qazandı.[8] Yarım-final mərhələsinə gedən yolda Milad Beygi, Birləşmiş Krallığ idmançısı, Avropa çempionu və London Olimpiadasının bürünc medalçısı Lutalo Məhəmməd ilə qarşılaşdı.[9] Həmin görüşdə də o, inamlı qələbə qazandı, 17:5.[9] Yarım-final mərhələsində isə Milad Beyginin rəqibi Portuqaliya nümayəndəsi Xulio Ferreyya oldu.[10] Gərgin görüşün sonunda Milad Beygi 6:2 hesablı qələbə qazandı və yarışların həlledici, final qarşılaşmasına vəsiqə qazandı.[10]

Final görüşündə Milad Beygi 2014-cü ilin Avropa çempionu, Rusiya idmançısı Albert Qaun ilə üz-üzə gəldi.[11] Görüş boyu üstün tərəf olan Milad Beygi, sonda 9:4 hesablı qələbə qazandı və I Avropa Oyunlarının çempionu oldu.[11][12] Təltifetmə mərasimində Milad Beygi Hərçiganiyə I Avropa Oyunlarının qızıl medalını, Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.[13] Mərasimin sonunda onun, şərəfinə zalda, Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın dövlət himni səsləndirildi.[13]

I Avropa Oyunlarında qazandığı uğura görə Milad Beygi, Azərbaycan Prezidenti İlham Əliyevin 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi.[14] Ona, həmdə prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.

I Avropa Oyunlarından sonra Milad Beygi, birinci yarışına Cənubi Koreyanın Çunçeon şəhərində baş tutan "Koreya Open" yarışında qatıldı.[15] O, yarım-final mərhələsinin görüşündə yerli idmançı üzərində 35:13, final görüşündə isə, yenə yerli idmançı üzərində 15:10 hesablı qələbə qazandı və "Koreya Open" yarışının çempionu oldu.[15][16]

Mövsümün sonunda Milad Beygi, daha üç beynəlxalq yarışda mübarizə apardı.[17][18] Polşanın paytaxtı Varşava şəhərində baş tutan "Polşa Open" yarışının final görüşündə o, Norveç nümayəndəsi Riçard Andre Ordemanı 21:2 hesabı ilə məğlub etdi və yarışın qalibi oldu.[17] Rusiyanın paytaxtı Moskva şəhərində baş tutan "Rusiya Open" yarışının final görüşündə də o, qələbə qazandı.[18] Almaniya idmançısı, 2013-cü ilin Dünya çempionu Tahir Güləçə qarşı baş tutan həlledici, final görüşündə Milad Beygi, tam üstün qələbə ilə "Rusiya Open" yarışının çempionu oldu.[18]

Mövsümün son yarışına isə Milad Beygi, Meksikanın paytaxtı Mexiko şəhərində baş tutan Komandalar arası Dünya Kuboku çərçivəsində qatıldı. O, Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Səid Quliyev, Sina Bəhrami və Radik İsayev ilə birgə Azərbaycan yığmasının heyətində çıxış etdi və "A" qrupunda, Belçika, İran və Özbəkistan yığmaları ilə mübarizə apardı. Belçika yığmasını 57:31, Özbəkistan yığmasını isə 31:11 hesabı ilə məğlub edən Azərbaycan yığması, 2010-cu il Dünya Kubokunun qalibi olan İran yığmasına 22:31 hesabı ilə məğlub oldu. Bu məğlubiyyətə baxmayaraq, Azərbaycan yığması 6 xal topladı və 4 yığması sırasında 1-ci yeri tutaraq yarım-final mərhələsinə vəsiqə qazandı. Həlledici, final görüşünə gedən yolda Milad Beygi və yığma yoldaşları, güclü Cənubi Koreya yığması üzərində 48:30 hesablı qələbə qazandı və həlledici, final görüşünə vəsiqə qazandı. Bu görüşdə, Reza Mehmandostun yetirmələri, yenə İran yığması ilə qarşılaşdı. Amma, bu səfər Azərbaycan yığması, daha inamla mübarizə apardı və 42:23 hesabı ilə İran yığmasını məğlub etdi. Tarixində birinci dəfə Dünya Kubokunun qalibi olan Azərbaycan yığmasının heyətində Milad Beygi, yarışın ən yaxşı taekvondoçusu seçildi.

2016

2016-cı il, Milad Beygi üçün əsas mövsümlərdə biri oldu. O, yanvar ayında Türkiyənin İstanbul şəhərində baş tutan "Avropa Olimpiya təsnifat" yarışına qatıldı.[19] Rio-de-Janeyro Olimpiadasına lisenziya verən yarışın birinci mərhələsində Milad Beygi, Latviya idmançısı Janis Kauna ilə üz-üzə gəldi.[20] Həmin görüşdə o, 16:0 hesabı ilə rəqibindən üstün oldu və 1/4 final mərhələsinə vəsiqə qazandı.[20] Bu mərhələdə o, düşmən dövlətin, Ermənistan nümayəndəsi Arman Yeremyan ilə qarşılaşdı.[20] Milad Beygi həmin rəqibini 2 il əvvəl, 2014-cü ildə baş tutan Hərbçilərin Dünya Çempionatında 17:9 hesabı ilə məğlub etmişdi.[20] Bu səfər də Milad Beygi üstün hesablı qələbə qazandı, 11:1.[20] Lisenziyaya gedən yolda o, yerli, Türkiyəli Yunus Sarı ilə üz-üzə gəldi.[20] Yunus Sarıdan 10:1 hesabı ilə üstün olan Milad Beygi, finala vəsiqə qazanmağla Rio-de-Janeyro Olimpiadasına lisenziya qazandı.[20] Final görüşündə isə o, Polşa nümayəndəsi Pyotr Pazinskini 14:2 hesabı ilə məğlub etdi və vəsiqə ilə yanaşı, yarışların qızıl medalınıda qazandı.[20]

Olimpiya Oyunlarına lisenziya qazanan Milad Beygi, növbəti yarışına yenə Türkiyədə qatıldı. Bu səfər o, Antalya şəhərinin ev sahibliyində baş tutan Klublararası Avropa Çempionatında mübarizə apardı. "Gilan" TK-nun üzvü qismində həmin yarışlara qatılan Milad Beygi, Klublararası Avropa Çempionatının bürünc medalına sahib oldu.

 

2016 Yay Olimpiya Oyunları

 

İran nümayəndəsi Mehdi Xodabaxşi (qırmızı geyimdə) və Azərbaycan idmançısı Milad Beygi (göy geyimdə): XXX Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsinin görüşü zamanı
XXX Yay Olimpiya Oyunlarından əvvəl Avropa çempionu olan Milad Beygi, yarışların əsas favoritlərindən biri hesab olunurdu. O, reytinq cədvəlinə əsasən tərtib edilən sıralanma turunda, 16 idmançı sırasında 9-cu yerdə qərarlaşdı. Bununlada 9-cu yerdə olan Milad Beygi, qaydalara əsasən 8-ci yerdə olan idmançı, yəni Mali nümayəndəsi İsmayıl Koulibali ilə üz-üzə gəldi. Görüşün favoriti olan Milad Beygi, 13:6 hesablı inamlı qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, prinsipial rəqiblərindən biri, Rio-de-Janeyro Olimpiadasında 1-ci sıra nömrəsinə sahib, son Dünya çempionu (2015-ci ildə), İran idmançısı Mehdi Xodabaxşi ilə qarşılaşdı. Hər üç hissəsi gərgin şəraətdə davam edən görüşdə, Milad Beygi 12 xallıq fərq yaratdı və vaxtından əvvəl qələbə qazandı, 17:5.

Yarım-final mərhələsində isə o, London Olimpiadasının bürünc medalçısı, Birləş Krallığ nümayəndəsi Lutalo Məhəmməd ilə qarşı-qarşıya gəldi. Buna qədər, Milad Beydi artıq iki dəfə Məhəmmədi məğlub etmişdi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarında 17:5, 2016-cı ildə baş tutan Avropa Çempionatında isə 13:1 hesabları ilə. Amma, bu səfər o, rəqibinə məğlub oldu. Gərgin davam edən görüşün sonunda, Milad Beygi 5 xallıq fərqlə Lutalo Məhəmmədə məğlub oldu və arzusunda olduğu XXX Yay Olimpiya Oyunlarının qızıl medalı uğrunda mübarizəni başa vurdu. Amma, bu məğlubiyyətə baxmayaraq Milad Beygi, yarışların medalını qazandı. O, bürünc medal uğrunda görüşdə özündən nisbətən zəif hesab olunan Polşa nümayəndəsi Pyotr Pazinski ilə qarşılaşdı. Həmin görüşdə Milad Beygi, rəqibini vaxtından əvvəl 12:0 hesabı ilə məğlub etdi və XXX Yay Olimpiya Oyunlarının bürünc medalına layiq görüldü.

XXX Yay Olimpiya Oyunlarında qazandığı uğura görə Milad Beygi, Azərbaycan Prezidenti İlham Əliyevin 2292 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edildi.[21] Ona, həmdə prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.

 

2017

IV İslam Həmrəyliyi Oyunları

 

Azərbaycan Prezidenti İlham Əliyev, Milad Beygiyə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını təqdim edən zaman
Milad Beygi, 2017-ci ildə birinci əsas yarışına Bakı şəhərində baş tutan IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qatıldı.[22] 1/4 final mərhələsində Milad Beygi, Səudiyyə Ərəbistanı idmançısı, Məcid Almabruq ilə qarşılaşdı.[23] Həmin görüşdə o, inamlı qələbə qazandı, 21:2.[23] Yarım-final mərhələsində isə Milad Beyginin rəqibi İran nümayəndəsi Əlireza Dərvişpur oldu.[24] Bu görüşün sonunda da, Milad Beygi 24:4 hesablı asan qələbə qazandı və yarışların həlledici, final qarşılaşmasına vəsiqə qazandı.[25]

Final görüşündə Milad Beygi 2011-ci ilin Dünya Çempionatının gümüş medalçıçı, Türkiyə idmançısı Yunus Sarı ilə üz-üzə gəldi.[26] Buna qədər Yunus Sarı ilə 5 dəfə üz-üzə gələn və həmin görüşlərin 4-də qələbə qazanan Milad Beygi, yenə Türkiyəli rəqibini "dayanq"-dan məğlub yola saldı.[26] Görüş boyu üstün tərəf olan Milad Beygi, sonda 9:5 hesablı qələbə qazandı və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.[26] Təltifetmə mərasimində Milad Beygi Hərçiganiyə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını, Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi. Mərasimin sonunda onun, şərəfinə zalda, Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın dövlət himni səsləndirildi.

IV İslam Həmrəyliyi Oyunlarında qazandığı uğura görə Milad Beygiyə, prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.

IV İslam Həmrəyliyi Oyunlarından sonra Milad Beygi, növbəti yarışına Cənubi Koreyanın Muju şəhərində baş tutan Dünya Çempionatında qatıldı. O, birinci görüşdə, 1/32 final mərhələsində Niger idmançısı Djibo Kadri Baqna ilə üz-üzə gəldi. Həmin görüşdə Milad Beygi, asan qələbə qazandı, 30:9. Növbəti mərhələnin görüşündə isə o, Yaponiya nümayəndəsi Hidenori Ebata ilə qarşılaşdı. Həmin görüşdə 18:7 hesablı qələbə qazanan Milad Beygi, 1/8 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, İspaniya idmançısı Raul Martinezi, gərgin görüşün sonunda 19:13 hesabı ilə məğlub etdi və 1/4 final mərhələsinə adladı.

İnamla Dünya çempionluğuna addımlayan Milad Beygi, yarım-final mərhələsi uğrunda görüşdə Dominikan Respublikası nümayəndəsi Moises Hernandez ilə üz-üzə gəldi. Rəqibini 19:10 hesabı ilə məğlub edən Milad Beygi, yarım-final mərhələsinə vəsiqə qazandı və ən azından "mundial"-ın bürünc medalını təmin etdi. Finala gedən yolda isə o, üç qat Avropa çempionu, Moldova idmançısı Aaron Kook ilə qarşılaşdı. Aaron Kooku buna qədər iki dəfə, 2015-ci ildə 17:5, 2016-cı ildə isə 13:2 hesabların ilə məğlub edən Milad Beygi, bu səfər rəqibini darmadağın etdi, 41:5 və Dünya Çempionatının həlledici, final görüşünə vəsiqə qazandı.

2017 Dünya Çempionatının 30 iyunda baş tutan həlledici, final görüşündə Milad Beygi, Rusiya nümayəndəsi Anton Kotkov ilə üz-üzə gəldi. Görüşün açıq-aydın favoriti hesab olunan Milad Beygi, rəqibini 21:3 hesabı ilə məğlub etdi və 2017-ci ilin Dünya çempionu oldu. 2016 Rio-de-Janeyro Olimpiadasında qazandığı bürünc medalın təsadüf olduğunu sübut edən Milad Beygi, həmdə bu idman növü üzrə Niyaməddin Paşayev və Radik İsayevdən sonra Dünya çempionu olan üçüncü Azərbaycan idmançısı oldu. Onun, şərəfinə təltifetmə mərasimi zamanı Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın dövlət himni səsləndirildi.

 

Uğurları

 

Dövlət təltifləri

 

"Şöhrət" ordeni (29 iyun 2015) — 12-28 iyun tarixləri arasında Bakı şəhərində baş tutan I Avropa Oyunlarında qazandığı qızıl medala görə.[3]
"Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu (1 sentyabr 2016) — 5-21 avqust tarixləri arasında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə.[4]


Görüşlərinin siyahısı


Karyerası ərzində Milad Beygi 49 dəfə "dayanq" üzərinə çıxıb. 49 görüşün 47-də qələbə, 2-də isə məğlub olan Milad Beygi, qatıldığı 21 yarışın 18-də qızıl, 2-də gümüş, 1-də isə bürünc medala layiq görülüb. Milad Beyginin əsasən üç prinsipial rəqibi var: İranlı Mehdi Xodabaxşi, Birləşmiş Krallığ nümayəndəsi Lutalo Məhəmməd və Türkiyəli Yunus Sarı.

Hələ, İran yığmasının heyətində çıxış edən zaman, Milad Beyginin prinsipial rəqibi Mehdi Xodabaxşi idi. O, Mehdi Xodabaxşi ilə yalnızca bir dəfə üz-üzə gəldi. Rio-de-Janeyro Olimpiadasının 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə, Milad Beygi 13:6 hesabı ilə qələbə qazandı. Birləşmiş Krallığ nümayəndəsi Lutalo Məhəmməd də, Milad Beyginin prinsipial rəqibidir. O, Lutalo Məhəmməd ilə üç dəfə qarşılaşdı. Lutalo Məhəmmədi, I Avropa Oyunlarının 1/4 final mərhələsində 17:5, 2016 Avropa Çempionatının 1/4 final mərhələsində isə 13:1 hesabı ilə məğlub edən Milad Beygi, rəqibinə yalnızca Rio-de-Janeyro Olimpiadasının 1/2 final mərhələsində məğlub oldu, 7:12.

 

Siyahı

 

Mənbə və İstinadlar: Vikipediya

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ