EURO 1,9474 NEFT 79,13
USD 1,7 RUB 0,026

Məmmədrəfi Məmmədov kimdir?

Məmmədrəfi Məmmədov kimdir?

Məmmədrəfi İsmayıl oğlu Məmmədov (4 fevral 1942) - Sovet və Azərbaycan Respublikası hərbçisi, dövlət xadimi, Azərbaycan Respublikasının müdafiə naziri olmuş general-leytenant.

 

Həyatı

Məmmədrəfi Məmmədov 1942-ci ilin 4 fevralında Quba şəhərində anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikomuna daxil olmuşdur. 1963-cü ilin noyabrında Sovet Ordusuna həqiqi hərbi xidmətə çağırılmışdır. Belarusun Brest şəhərindəki artilleriya polkunda xidmət keçmişdir.

1967-ci ildə Tambov şəhərindəki artilleriya-texniki məktəbini bitirmiş və leytenant rütbəsinə yüksəlmişdir. Bununla da o, Almaniyadakı Sovet Qoşunu qrupuna daxil edilir.

1973-cü ildə baş leytenant Məmmədov Logistika və Nəqliyyat Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyanı mayor rütbəsində bitirərək Ukraynaya göndərilmişdir. 1979-cu ildə artıq Məmmədov polkovnik-leytenant idi. Sonradan divizya komandirinin müavini vəzifəsinə qalxmışdır.

1982-1983-cü ildə Mərkəzi Asiyada korpus komandiri müavini olmuşdur.

1983-cü ildə hərbi göstəriş ilə Əfqanıstana göndərilmiş və həmin ilin 19 oktyabrında Əfqanıstan Demokratik Respublikası Silahlı Qüvvələrinin korpuslarının birində komandir müşaviri kimi fəaliyyət göstərmişdir.

1986-cı ilin yanvar ayında Leninqrad hərbi dairəsində yeni vəzifəyə başlamışdır. 1989-cu ilin yanvarında Baş qərargah Akademiyasının rəis müavini təyin edilib. 1 noyabr, 1989-cu il tarixində Məmmədrəfi Məmmədov general-mayor rütbəsi ilə təltif edilmişdir.

 

Müdafiə naziri kimi

2 sentyabr, 1993-cü ildə prezident Heydər Əliyev göstərişi ilə Məmmədrəfi Məmmədov müdaifə naziri vəzifəsinə təyin olunmuşdur. Məmmədrəfi Məmmədov nazir olduqdan sonra orduda islahatlar aparmağa başladı:

1993-cü il, 2 noyabr tarixi orduda islahatların başlanğıc tarixi hesab edilir. Həmin dövrdən etibarən struktur dəyişiklikləri, kadr təmizləmələri, vahid komandanlıq altında hərbi əməliyyatların planlaşdırılması, hərbi hissələrin elmi üsullarla idarə olunması, ordunun siyasi məsələlərdən uzaqlaşdırılması və sair işlər həyata keçirilməyə başlandı. Qısa müddət ərzində Ağdam və Füzuli rayonlarının bəzi yaşayış məntəqələri azad edilmişdir.

Məmmədov vəzifədə olarkən Azərbaycan Respublikasının fərmanı ilə general-leytenant rütbəsi ilə təltif olunmuşdur. Ermənistanla 12 may, 1994-cü il atəşkəs müqaviləsinin imzalanması da Məmmədrəfi Məmmədovun müdafiə naziri olduğu dövrə təsadüf edir. Bişkek protokolunu imzalayanlardan biri də Məmmədrəfi Məmmədov olmuşdur. Müharibədən sonra o, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı himayəsi altında 3500 alman sülhməramlı qüvvələrini Qarabağa gətirmək üçün böyük təşəbbüs göstərmiş, lakin bu alınmamışdır.

1995-ci ilin 6 fevralında tutduğu vəzifədən azad edilmiş və yerinə Səfər Əbiyev təyin olunmuşdur.

 

Mənbə: Vikipediya

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ