Əhməd Turqut kimdir?

Əhməd Turqut kimdir?

Əhməd Turqut 1975-ci ildə Malatyada anadan olub. Yeddi yaşına qədər ailəsiylə birlikdə Almaniyada yaşayıb. Orta təhsilini Malatyada tamamlayıb. 1998-ci ildə İstanbul Texniki Universitetinin İnşaat Mühəndisliyi fakültəsindən məzun olub. 2004-cü ilə qədər Rusiya, Rumıniya, Almaniya və Türkmənistanda beynəlxalq layihələrdə işləyib.

2005-ci ildən etibarən başda "Kurtlar Vadisi" ("Qurdlar vadisi"), "Ekmek Teknesi" ("Çörək qayığı"), "Ayrılık" ("Ayrılıq"), "Eşref Saati" ("Əşrəf saatı"), "Diriliş-Ertuğrul" ("Diriliş Ərtoğrul") olmaqla bir çox teleserialın və "Kurtlar Vadisi Irak" ("Qurdlar vadisi: İraq"), "Kurtlar Vadisi Gladio" ("Qurdlar vadisi: Qladyo"), "Kurtlar Vadisi Filistin" ("Qurdlar vadisi: Fələstin") kino-filmlərinin ssenari yazılış heyətlərində yer alıb.

Türkiyə və dünya atçılığından bəhs edən "Asaletin Dört Nalı" ("Alicənablığın dörd nalı" adlı sənədli film seriyasının rejissorluğunu və mətn yazarlığını edib.

2010-cu ildə Mərkəzi Asiya oba həyatından bəhs edən ilk romanı "Bozkırın Sırrı" ("Çölün sirri") dərc olunub. Ərəb, fars və Azərbaycan dilinə tərcümə edilən "Aşkın Şehidi" (2011) ("Eşqin şəhidi"), "Aşkın Elçisi" (2012) ("Eşqin elçisi") və "Aşkın Secdesi" (2013) ("Eşqin səcdəsi") romanlarından ibarət olan Kərbəla trilogiyası ilə Türkiyədə və xaricdə yüz minlərlə oxucu qazanıb. Bu romanlar 2015-ci ildə Kərbəla İmam Hüseyn Türbə Fondu tərəfindən "İmam Hüseyn Xidmətində Ən Yaxşı Mətn" mükafatına layiq görülüb.

2014-cü ildə sınaq növündəki ilk əsəri “Allah Aşkına! - Hala Aklınızı Kullanmayacak Mısınız?” ("Allah Eşqinə! Hələ də Ağlınızdan İstifadə Etməyəcəksinizmi?") dərc olunub. Hz. Məhəmməd Peyğəmbərə (s) dair bəşəri və nəbəvi (peyğəmbər) sifətlərin araşdırıldığı “Muhammedi Şuur ve Ahlak” ("Məhəmmədi Şüur və Əxlaq") adlı kitabı 2015-ci ilin oktyabrında oxucularla görüşüb.

Yazılışını yeni bitirdiyi 1917-ci ilin Fələstinindən bəhs edən “Kalbim Kudüs'te Kaldı” ("Ürəyim Qüdsdə Qaldı") romanı aprel ayında yenidən kitabsevərlərlə görüşən yazıçı; "Oxuma Şüuru, Türkcə Düşünmək, Yazılış Texnikaları, Ədəbiyyatda Müqəddəsin Dili, Qurandan Əhvalat Oxumaq, Şəhid və Şəhadət, Məhməd Akif Ərsoy, Məhəmmədi Şüur Oxumaq, Qüds və Biz" mövzulu konfransları ilə Türkiyədə və xaricdə bir çox tədbirlərə qatılıb.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ