EURO 1,8842 TRY 0,2624
USD 1,7 RUB 0,0214

Hacı Murad kimdir?

Hacı Murad kimdir?

1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır.

Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında - xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır. 1851-ci ildə bəxti ondan üz döndərir: onun Tabasarana yürüşü uğursuzluqla nəticələnir və bundan sonra Şamillə münasibətləri pozulur. Şamilin intiqam alacağından qorxan Hacı Murad həmin il Çeçenistana qaçır və ruslara təslim olur. Ruslar onun dağlılar arasındakı hörmətindən istifadə edərək onları öz tərəflərinə çəkmək qərarına gəlirlər. Təxminən bir il ruslara xidmət edən Hacı Murad satqınlığını sonadək öz boynuna götürə bilmir və qaçmağa cəhd göstərir. Silahdaşları ilə saxlandığı Nuxa (İndiki Şəki) qalasından qacan Hacı Murad Qaxın Tanqıt kəndi yaxınlığında İlisu pristavı kapitan Hacı Ağa və oğlu kornet Əhməd xanın başçılıq etdiyi dəstə və sonradan onların köməyinə gələn Nuxa qalasının komendantı mayor Korqanovun rəhbərliyi altında olan kazaklar tərəfindən mühasirəyə alınır. 11 saata yaxın davam edən döyüşdə Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y.Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ