EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285

Etibar Məmmədov kimdir?

Etibar Məmmədov kimdir?
Məmmədov Etibar Səlidar oğlu 1955-ci il Bakıda müəllim ailəsində anadan olub.
 
Bakı Dövlət Universitetini bitirib. 1981-ci ildən universitetdə müəllim işləyib. 1987-ci ildə "Rus çarizmi və Qafqaz zadəganlığı XIX əsrdə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.
 
Ə.Elçibəyin tələbəsi olub. 1974-75-ci illərdə gizli siyasi işlə məşğul olduğuna görə universitetdən xaric edilib. 1988-ci ildən milli demokratik hərəkatın ilk mərhələsində böyük fəallıq göstərib. AXC-nin Müvəqqəti Təşəbbüs Mərkəzinin yaradılmasında fəal iştirak edib, onun ilk idarə heyətinə üzv seçilib.
 
1989-cu ildə tətil hərəkatına başçılıq edib. 1990-cı il yanvar hadisələrindən sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən DTK onu həbs etmiş, 9 ay Lefortovo həbsxanasında saxlanılıb.
 
E.Məmmədovun azadlığa buraxılması üçün o dövrdə 1,5 milyon imza toplanmışdır. 1991-ci ilin dekabrında E.Məmmədov Ali Sovetin deputatı seçilib.
 
1991-ci ilin oktyabrında AXC-dən ayrılan E.Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının yaradıldığını elan etmiş, və partiyanın I təsis qurultayında AMİP-in sədri seçilib.
 
1995-ci ilin parlament seçkilərində AMİP Milli Məclisdə rəsmi yer tutan 3 partiyadan biri olmuş və E.Məmmədov partiya siyahısından Milli Məclisə üzv seçilib. Hazırda siyasətdə fəallığı yoxdur.
 
 
Ailəlidir, üç övladı var.

Şərhlər

Bu məlumat şərh yazmaq üçün bağlıdır.

Redaktorun seçimi

Çox Oxunanlar

  • GÜN
  • HƏFTƏLİK
  • AYLIQ