EURO 1,9368 NEFT 63,05
USD 1,7 RUB 0,0259

Elmir Vəliyev kimdir?

Elmir Vəliyev kimdir?

Vəliyev Elmir Elmar oğlu 6 iyun 1989-cu il tarixdə Yevlax şəhərində anadan olub.

1995-ci ildə Yevlax şəhər 5 saylı orta məktəbdə təhsilinə başlayıb, 1999-cu ildə Yevlax şəhər 9 saylı orta məktəbdə təhsilini davam etdirib və 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib.

2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin əyani şöbəsinə qəbul olunub. 2009-cu ildə həmin fakültəni bitirirək Beynəlxalq hüquqşünas ixtisasını qazanıb.

1 iyul 2009-cu ildə Yevlax şəhər Hərbi Komisarlığı tərərfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb, xidmətini AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirib. 1 avqust 2009-cu il tarixdə N saylı hərbi hissədə hərbi andı içib. 2010-cu ilin iyul ayında əsgər rütbəsində Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.

2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə (ikinci ixtisas) daxil olub , 15 fevral 2013-cü ildə həmin fakültəni bitirərək hüquqşünaslıq ixtisasını qazanıb.

2014-cü ildə Bakı Dövlət Univesitetinin Hüquqşünaslıq ixtisasının magistr pilləsinə qəbul olub, 2016-cı ildə Beynəlxalq hüquq ixtisası üzrə təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2010-cu ildə AR Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsində ekspert vəzifəsində işləməklə başlayıb. 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətcisi, 2015-cildən isə həmin şöbənin baş məsləhətcisi vəzifələrində çalışıb.

2014-cü ildə "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri seçilib.

2015-ci ilin may ayından "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

2017-ci ilin fevral ayında AR Milli Məclisinin sektor müdiri təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Elmar Vəliyevin oğludur.
Xanlar Vəliyevin qardaşı oğludur.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ