EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285

Əli Kərimli kimdir?

Əli Kərimli kimdir?
Əli Əmirhüseyn oğlu Kərimli 28 aprel 1965-ci il Saatlı rayonunun Azadkənd kəndində anadan olub.
 
1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. "Yurd" ictimai birliyinin yaradıcılarından olub. AXC-nin BDU-dakı şöbəsinin yaradıcılarından biri və sədri olub.
 
AXC Ali Məclisinin üzvü olub və AXC Ali Məclisi sədrinin müavini vəzifəsində işləyib.
 
"Azadlıq" qəzetinin parlament müxbiri olub. 1992-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti Aparatının ərazi-idarəetmə və hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, 1993-cü ilin aprelindən isə Azərbaycan Respublikasının dövlət katibi təyin olunub.
 
1993-cü ildə 4 iyun hadisələrini rəsmi şəkildə qiyam kimi qiymətləndirən ilk dövlət nümayəndəsi olub. 1993-cü il iyunun 26- da iste'fa verərək Ordubad rayonunun Kələki kəndində yaşayan prezident Elçibəyin yanına gedib, oradan isə bir sıra Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarına işgüzar səfərlərə çıxıb.
 
1994-cü ilin may ayından Bakı şəhərinə qayıdaraq AXCP sədrinin siyasi məsələlər üzrə müavini işləyib. 1995-ci il noyabrın 12-də proporsional qaydada AXC-dən Milli Məclisin üzvü seçilib. Hazırda AXCP(i) sədri və 2003-cü il prezident seçkilərinə namizəd olub.
 
2005-ci ildə Azadlıq Siyasi partiyalar blokundan deputatlığa namizəd olub.
 
2008-ci ildə prezident seçkilərində iştirakı boykot edib.
 
Ailəlidir, iki övladı var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ