EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285

Afiyəddin Cəlilov kimdir?

Afiyəddin Cəlilov kimdir?

Həyatı
Erkən illəri


Afiyəddin Cəlilov 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdir.

1969-1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973-1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışmış, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ Milli Komitəsinin katibi işləmişdir. O, 1979-1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Milli Komitəsinin təlimatçısı işləmişdir. 1981-1989-cu illərdə Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi işləmişdir.

 

İctimai-siyasi fəaliyyəti


Afiyəddin Cəlilov 1989-1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin 1-ci katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur. O, Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətandaş həmrəyliyinin yaranması və sabitliyinin qoruyub saxlanması sahəsində önəmli fəaliyyət göstərmişdi.

 

Parlamentdə


Afiyəddin Cəlilov 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini olmuş, ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak etmişdir. 1994-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti şeçilmişdi. O, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinin (bir neçə çağırış), Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur.

 

Bişkek protokolu


Afiyəddin Cəlilov 1994-cü il mayın 5-də Bişkekdə Bişkek protokolunun imzalanmasına Azərbaycan hakimiyyətindən göndərilmişdi. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi.

Təklif olunan protokolun imzanalmasında rəsmi Bakıya məlumat verilmiş idi ki, Atəşkəsin imzalanması yalnız Azərbaycanla Ermənistan arasında olacaq. O zaman Rusiyanı bu prosesdə təmsil edən ATƏT-in Minsk Qrupunun həmsədri Vladimir Kazimirov imzalanmaya çıxardığı protokola qondarma “Dağlıq Qarabağ Respublikası”nın adını da əlavə etmişdir. Guya ki, atəşkəsi imzalayan tərəflərdən biri də “Dağlıq Qarabağ Respublikası”dır. O zaman qondarma respublikanı danışıqlarda tərəf kimi göstərməyə çalışırdılar. Bunu gördükdən sonra Afiyəddin Cəlilov Bişkekdən birbaşa Heydər Əliyevə zəng vurub vəziyyət haqqında məlumat verdi. Heydər Əliyev də onun gecə geri dönməsini əmr etdi. Həmin gün Afiyəddin Cəlilov da protokolu imzalamadan Azərbaycana geri qayıtdı.

 

Ölümü


O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Afiyəddin Cəlilovun qətli ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.

Türkiyənin Azərbaycandakı səfirliyin keçmiş mətbuat müşaviri Turqut Ərin fikrincə, Afiyəddin Cəlilovun ölümünün əsas səbəbi Azərbaycanın altı rayonların ermənilərə verilməsinin sirrini bilməsi idi.

 

Şəxsi həyatı
İrsi


Naxçıvan şəhərində 12 saylı orta məktəb onun adını daşıyır.

 

Ədəbiyyatda


2002-ci ildə İsa Nəcəfovun Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun qətlinə və 1994, 1995-ci il hadisələrinə həsr olunmuş povesti nəşr olunmuşdur.

 

Təltif və mükafatları


2 Şərəf nişanı ordeni və medallarla təltif olunmuşdur. (az.wikipedia.org)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ