1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:28.07.2017 10:46:37

Bazarlarda mövsümi məhsulların qiymətlərində artım baş verib.

Xüsusilə pomidorun qiymətində son 10 gündə artım var. Bu məhsul 0,8-1,20 manat təşkil edir.

Mövsümün ən çox istifadə edilən tərəvəzlərindən sayılan qarpızın isə kiloqramı 0,2- 0,25 manatdan təklif olunur. Qeyd edək ki, ötən ilin müvafiq dövründə qiymətlər 0,18 manat təşkil edirdi.

Rəsmi statistikaya əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz artıb.

Bununla belə bir sıra məhsulların əkini azalıb. Məsələn, cari ildə kartof əkini ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz, tərəvəz 6,4 faiz, bostan məhsulları 10,6 faiz az olub. Əslində, məhsul azlığını bazardakı satıcılar da təsdiqləyirlər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Oxu.Az-a açıqlamasında mövsümi məhsulların qiymətlərinin baha olması ilə razılaşmadı: “Bazar liberaldır. Qiymətlər, demək olar ki hər gün dəyişir və təklif-tələb əsasında formalaşır. Qarpızın kiloqramının 20 qəpik olması normaldır. Sizcə, kəndçi məhsulunu neçə manatdan satmalıdır? O da çəkdiyi xərci götürməlidir axı”.

Ötən il qarpızın kiloqramının 0,30-0,35 manat təşkil etdiyini deyən nazirliyin rəsmisi bazarda bahalaşma olmadığını vurğuladı.


Kənd təsərrüfatı nazirliyi qiymətlərin bahalaşması ilə razılaşmadı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Baş Prokurorluq daha bir neçə sayta xəbərdarlıq edib
    Baş Prokurorluq məlumat yayıb.
     18.08.2017
    Suriya BMT-yə müraciət etdi: ABŞ koalisiyası dağıdılsın!
    Suriya BMT TŞ-ya müraciət etdi.
     18.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ