1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:09.05.2019 11:00:44

İslamazeri-nin "Din" rubrikasından...

İslamazeri.com Ustad Əli Rza Pənahianın moizəsindən bir hissəni təqdim edir.

"Bəzi şeyləri sözlə, danışmaqla anlatmaq mümkün deyil. Hər kəs bu gülün ətrini qoxulayıb, bunu sözlə  anlada bilərsinizmi? Bu təkcə qəlblə hiss olunan şey deyil. Əksinə bu duyğularla əlaqəlidir və tamamilə qoxunu hiss etməklə əlaqəlidir, hissiyatla bağlıdır. Bunu sözlə başa salmaq mümkün deyil, ədəbiyyatda bunu anladacaq sözlər yoxdur. Ancaq ətiri gətirib “buyur qoxula” ilə anlada bilərsən.

Yəni bəzi həqiqətlər varki, ancaq qəlblə hiss olunur. Eşq və məhəbbət ancaq qəlblə hiss olunur. islamazeri

Allah sizi sevir? Bunu dərk etmək mümkündürmü? Niyə İmam Zaman və Peyğəmbər (s) möminlərin əməllərini görə bilirlər? Nəuzubillah boş yerəmi? Xeyir. Çünki sizi sevirlər. (Günahlarınızı görəndə narahat olarlar, savablarınıza sevinərlər).

Kədərlənən vaxt gedin Allahın dərgahına evinə  və Onunla danışın, deyinki, Allahım artıq Sən mənim qəlbimi tərk etdin? Artıq qəlbim qaralıb, kirlənib? islamazeri

Neçə dəfə Allahla bu cür münacat etdiniz, O sizin qəlbinizi aram etmədi? Neçə dəfə?

Mən milyardlarla insanın qarşısında danışmağa hazıramki, bir nəfər tapılmaz deyəki  “Mən dəfələrlə Allahın dərgahına getdim, O mənim qəlbimə nəvaziş göstərmədi, qəlbim yumşalmadı. Göz yaşlarım axmadı, ağlamadım. Günahı sevirdim, zikr etməyi sevmirdim, Allahı sevmirdim, qəflətdə olmağı sevirdim, nəfsimə uymağı sevirdim. Və bu halla Allahın qapısına getdim və dedim ki, Allahım mənim qəlbim günahkardır, lazımsızdır? (Peşmançılıqla) Və milyardlarla insandan biri deyə bilməzki, bu cür etdim, Allah qəlbimə nəvaziş etmədi, nazını çəkmədi, ağlamadım.  Başını salaraq həvəslərinin arxasınca gedən sənsən... (Allah bütün bəndələrini sevir)."


Kədərlənən vaxt gedin Allahın evində deyin: Allahım, artıq Sən mənim qəlbimi tərk etdin?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneinin cümə xütbəsindən sitatlar: Allahın günləri, Süleymani, ABŞ-ın vurulması...
    Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib
     17.01.2020
    ABŞ etiraf etdi: İranın bazamıza hücumunda yaralananlar olub
    ABŞ Prezidentinin Ayn Asad hərbi bazasında heç bir hərbçinin hədəf alınmamasıyla bağlı açıqlaması yalan çıxdı
     17.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ