1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:28.10.2017 11:01:04

Bərdə rayon sakini, keçmiş hicab məhbusu Elşən Abbasova qarşı verilən ittiham məlum olub

İslamazeri.com-a daxil olan məlumata görə, Bərdə rayon sakini, keçmiş hicab məhbusu Elşən Abbasova qarşı verilən ittiham məlum olub.

Bellə ki, o məhkəməyə çıxarılıb və barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçilib. İctimai və islamçı fəal Bərdə rayonunda xeyriyyəçi və müəllim kimi tanınıb.

Məlumata görə, ona qarşı 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə cinayət işi açılıb.

Xatırladaq ki, Elşən Abbasov 2012-ci ilin oktyabr ayının 5-ində keçirilən ikinci hicab aksiyasında saxlanılıb, 1 il müddətinə azadlıqdan məhrum edilib.

 Rəsmi məlumatda isə bildirilir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Elşən Abbasovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə birlikdə Şöbəyə gətiriblər. Onun üzərindən nömrəsi silinmiş “Naqan” tipli tapança, 1 ədəd patron və 1,9 qram heroin tapılıb”. 

Məlumatı Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, Elşən Abbasovun avtomobilinə də baxış keçirilib. Buradan isə “F-1” qumbarası, 1 ədəd bıçaq və 1 ədəd dəmir ling aşkar edilərək götürülüb. Faktla əlaqədar RPŞ-də cinayət işi başlanılıb...


Keçmiş hicab məhbusuna qarşı verilən ittiham məlum oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ