EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:09.06.2017 15:51:15

Azərbaycanda dövlət qulluğuna qəbul üçün tələb olunan keçid ballarında dəyişiklik edilib.

İslamazeri.com-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Texniki Universitetində ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrantların iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

Onun sözlərinə görə, əvvəl nazirliyin mərkəzi aparatında məsləhətçi vəzifəsi üzrə keçid balı 75 bal idisə, indi həmin vəzifə üzrə keçid balı 70 müəyyən edilib. Eyni zamanda, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə məsləhətçi vəzifəsi üzrə keçid balı 70 idisə, indi bu, 65 bal müəyyən edilib.
V.Əsgərov qeyd edib ki, artıq daha yüksək dövlət qulluğu vəzifələrinə qəbulun müsabiqə ilə keçirilməsi nəzərdə tutulur: “Əvvəl inzibati vəzifələrin yalnız 5-7-ci təsnifatı üzrə dövlət qulluğuna qəbul müsabiqə ilə keçirilirdi. Lakin artıq aparat rəhbəri, şöbə müdiri kimi vəzifələrə qəbul da müsabiqə ilə keçiriləcək”.

V.Əsgərov deyib ki, əvvəl dövlət qulluğuna qəbul üçün test imtahanı hər bir vəzifə üzrə həyata keçirilirdisə, indi test imtahanının vəzifə qrupları üzrə keçirilməsi nəzərdə tutulur. Test imtahanları buna uyğun olaraq, müxtəlif məzmunda təşkil ediləcək.

Şöbə müdiri əlavə edib ki, test imtahanlarında istifadə olunan tapşırıqlarla bağlı da müəyyən dəyişikliklər edilib. Artıq test imtahanlarında açıq tipli test tapşırıqlarından və essedən istifadə olunması nəzərdə tutulur: “Bu test tapşırıqları qruplardan asılı olaraq müəyyən ediləcək.Vəzifə qruplarında hansı tapşırıqlardan istifadə olunacağı DİM tərəfindən müəyyən ediləcək”.


Keçid balları azaldıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Onlar istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar."
     24.06.2017
    Afrikadakı İslam Respublikasında da Qüds günü qeyd edilib
    İslamazeri.com "Al Alam"a istinadən Afrikada yerləşən müsəlman dövləti Mavritaniyada keçirilən Qüds günü ilə bağlı yürüyüş və tədbirlərdən fotoları təqdim edir.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ