1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:20.01.2020 00:45:51

Kisvə qara ipəkdəndir, üzərinə qızıl saplarla Quran ayələri və naxışlar tikilir.

Kəbə evinin üzərindəki ipək örtük "kisvə" adlanır. Bəzi mənbələrə görə, Kəbəni parça ilə örtmüş ilk şəxs Həzrət İsmayıl Peyğəmbər (ə), digər məlumatlara görə V əsrdə yaşamış Yəmən hökmdarı olmuşdur.

İslamdan əvvəl, eləcə də, İslamın ilk dövrlərində hər il həcc mövsümündə Kəbənin üzərinə təzə kisvə örtülürdü. Əvvəlki örtük isə zaman keçdikcə cırılıb yerə düşürdü. Üst-üstə atılmış örtüklər Kəbənin damına ağırlıq etdiyi üçün hər il köhnə kisvəni çıxarmağa başladılar.

Əvvəllər kisvəni Misirdə tikib gətirirdilər. Son zamanlar Ərəbistanın özündə xüsusi fabrik bu işlə məşğul olur.

Kisvə qara ipəkdəndir, üzərinə qızıl saplarla Quran ayələri və naxışlar tikilir. Kisvənin ümumi ağırlığı 550 kiloqrama yaxındır, onun hazırlanmasında 120 kiloqram qızıl sapdan istifadə edilir. Hər il köhnə kisvəni kiçik hissələrə bölüb, xüsusi hörmətli qonaqlara hədiyyə edirlər. (Milli.Az)


Kəbənin üzərindəki qara örtük harada və necə hazırlanır? - CAVAB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ