1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.10.2019 17:29:58

İspaniyanın Ali Məhkəməsi bazar ertəsi doqquz sabiq Katalan separatçı lideri 2017-ci ildə müstəqillik elan etmək cəhdinə görə 9 illə 13 il arası müddətlərə azadlıqdan məhrum edib.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, İspaniyanın Ali Məhkəməsi bazar ertəsi doqquz sabiq Katalan separatçı lideri 2017-ci ildə müstəqillik elan etmək cəhdinə görə 9 illə 13 il arası müddətlərə azadlıqdan məhrum edib.

Regionun keçmiş vitse-prezidenti Oriol Hunqueras qiyama çağırış və dövlət vəsaitlərindən sui-istifadəyə görə 13 il müddətinə həbs olunub.

Məhkəmə digər üç nəfəri yalnız itaətsizlikdə təqsirli tanıyıb və həbsə məkhum etməyib. Lakin onların hər biri ən ağır üsyan ittihamından bəraət qazanıb.
Kataloniyanın regional hökümətinin keçmiş lideri Karl Puçdemon bazar ertəsi verilən qərarı “qəddarlıq” adlandırıb.

Puçdemon Twitter səhifəsində: “Ümumilikdə 100 illik həbs. Bu, qəddarlıqdır. İndi daha öncə olmadığı kimi reaksiya göstərməliyik. Qızlarımız və oğullarımızın gələcəyi naminə. Demokratiya. Avropa. Kataloniya naminə”.
Puçdemon özü qadağan olunmuş referendum və qısaömürlü müstəqillik bəyannaməsi ilə bağlı aparılan məhkəmədə mühakimə olunmayıb, çünki o, Belçikya qaçıb və orada sığınacaq əldə edib.


Katalanoniyanın liderlərinə hökm oxunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 20 YANVAR faciəsindən 30 il keçir
    Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur.
     20.01.2020
    Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik
    Müzakirə əsnasında G. Aslanlı ilə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.
     20.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ