1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:14.04.2017 17:28:01

Ümumdünya Kapoeyra Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kapoeyra Federasiyasının dəstəyi ilə “Park Bulvar” ticarət və əyləncə mərkəzində “IV İslam Həmrəyliyi Oyunlarına dəstək” tədbiri keçirilib.

FaktXəbər-in verdiyi məlumata görə, bu günlərdə Ümumdünya Kapoeyra Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kapoeyra Federasiyasının dəstəyi ilə “Park Bulvar” ticarət və əyləncə mərkəzində “IV İslam Həmrəyliyi Oyunlarına dəstək” tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Tədbirin aparıcıları Şəhriyar Əbilov və Rüfət Nəzərin təqdimatından sonra tədbiri giriş sözləri ilə açan Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin mahiyyəti barədə danışıb və Ümumdünya Kapoeyra Federasiyasının da bu mötəbər yarışa dəstək verdiyini bildirib.

Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov çıxış edib və bu kimi tədbirləri dəstəklədiyini bildirib.

Tədbirin musiqili qonağı Səlim Abbasovun çıxışından sonra Azərbaycan Kapoeyra Federasiyasının milli yığma komandası tamaşaçılara kapoeyra göstərisini təqdim edib.


Kapoeyra Federasiyasından İslam Oyunlarına dəstək - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya və İran: ABŞ-ın nüvə müqaviləsinə qarşı münasibəti məsuliyyətsizlikdir
    İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Amerikanın nüvə razılaşmasına qarşı münasibətini məsuliyyətsiz və gərginlik yaradan tendensiya kimi qiymətləndirib.
     20.10.2017
    11 yaşlı qız ABŞ-ın ən gənc alimi oldu - FOTO
    Qitancali Rao bu ilin 3M Gənc Alim Yarışmasını qazanaraq ABŞ-ın bu mükafatı alan ən gənc alimi olub.
     20.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ