EURO 1,8876 TRY 0,3056
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:17.04.2019 09:40:21

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kanada parlamentində Dağlıq Qarabağdakı erməni separatçı rejimi ilə dostluq qrupunun yaradılması barədə məlumata münasibət bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kanada parlamentində Dağlıq Qarabağdakı erməni separatçı rejimi ilə dostluq qrupunun yaradılması barədə məlumata münasibət bildirib.

Nazirliyin mətbuat katibi Leyla Abdullayeva "Report"un sorğusuna cavab olaraq deyib ki, dostluq qrupunun yaradılması ilə bağlı informasiya həqiqəti əks etdirmir.

"Bu yaxınlarda Kanadada fəaliyyət göstərən Milli Erməni Komitəsinin sosial şəbəkələrdəki hesablarında Kanada parlamentində "Artsax xalqının parlament dostları" adlı dostluq qrupunun yaradılması ilə bağlı məlumat paylaşılıb. Belə bir qrupun yaradılması barədə məlumat nə dərəcədə doğrudur? XİN tərəfindən bu xüsusda hansı tədbirlər görülüb" sualına Azərbaycan XİN-in rəsmisi belə cavab verib: "Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daima diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Sorğu etdiyiniz “dostluq qrupu”nun yaradılması erməni tərəfinin yaydığı növbəti həqiqətə uyğun olmayan məlumatdır. Məsələ ölkəmizin Kanadadakı səfirliyi, həmçinin Kanadanın ölkəmizdə məsul səfirliyi ilə Ankaradakı diplomatik nümayəndəliyimiz vasitəsilə araşdırılıb.

Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olan notada sözügedən parlament qrupunun dostluq qrupları siyahısında mövcud olmadığı qeyd olunub. Kanada tərəfi, ümumiyyətlə, dostluq qruplarına ölkə parlamentinin heç bir inzibati və ya maliyyə dəstəyi vermədiyi, bu qrupların bəyanat və fəaliyyətlərinin Kanada hökumətini təmsil etmədiyini bildirilib.

Vurğulamaq istərdik ki, Kanadanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişilməzdir və bu barədə Kanada tərəfinin XİN-ə ünvanlandığı notada açıq şəkildə qeyd olunur. Belə ki, Kanada beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, qondarma "Dağlıq Qarabağ Respublikası" və ya onun rəsmilərini tanımadığını, habelə münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun səylərinə dəstək verdiyini notasında növbəti dəfə bəyan edib.

Bu hal bir daha onu göstərir ki, erməni tərəfinin, ilk növbədə, öz əhalisini aldatmağa yönəlmiş saxta xəbərlər kampaniyasından beynəlxalq ictimaiyyət artıq təngə gəlib".


Kanadadan Azərbaycanın notasına CAVAB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ