EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.02.2019 21:28:08

Kanada polisi Meksikadan olan 43 mühaciri faktiki köləlikdən xilas edib.

İslamazeri.com xəbər verir ki, Kanada polisi Meksikadan olan 43 mühaciri faktiki köləlikdən xilas edib.

Kanadalı jurnalistlərin məlumatına görə, azad edilən meksikalılar bir müddət öncə Kanadaya gəliblər. Onlar Kanadaya gələ bilmələri üçün bu səfərləri təşkil edən insanlara böyük məbləğdə pul ödəyiblər.

Miqrantlara təhsil və rəsmi iş vəd edilsə də, onlar Ontario əyalətinin müxtəlif şəhərlərində təmizlik işçiləri kimi işlədiliblər və gəlirlərinin böyük hissəsi “işədüzəldənlər” tərəfindən alınırdı.

Üstəlik, onlar iş yerlərinə öz cibləri hesabına aparılırdı, həmçinin onlar qaldıqları yer və qida üçün də öz ciblərindən xərcləməli olurdular.

Ontario polisinin başçısı jurnalistlərə bildirib ki, burada söhbət mütəşəkkil dəstədən gedir. Belə bir miqyasdakı əməliyyat ölkədə ilk dəfə idi ki, keçirilirdi.


Kanadada onlarla insan “köləlikdən” xilas edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
    Polis faktla bağlı araşdırmalara başlanıb.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ