EURO 1,9245 NEFT 65,37
USD 1,7 RUB 0,0252
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:08.11.2018 16:59:15

Kanada Baş naziri 1939-cu ildə baş vermiş hadisəyə görə üzr istəyib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Kanada, 1939-cu ildə nasist Almaniyasından “Sent-Luis” gəmisi ilə gəlmiş yəhudi qaçqınları qəbul etməkdən imtina etdiyi üçün rəsmi şəkildə üzr istəyib.

Ölkənin Baş naziri Castin Trüdo icmalar palatasında çıxış edərkən məsələ ilə bağlı üzrxahlığını bildirib.

“Mən bu gün icmalar palatasına gəlmişəm ki, Kanadanın üz çöndərdiyi yəhudi qaçqınlara gecikmiş üzrlərimizi bildirim. Bu üzrləri gətirərək, mən qəlbən ümid edirəm ki, biz tariximizin bu yaralı başlığına aydınlıq gətirə biləcəyik və bu dərsi heç zaman unutmayacağıq. Antisemitizm, ksnofobiya və nifrətə bu ölkədə və ya bu dünyada yer yoxdur.”, - deyə Trüdo qeyd edib.

Xatırladaq ki, 1939-cu ilin may ayında “Sent-Luis” gəmisi ilə 930 yəhudi qaçqın təqiblərə məruz qaldığı Almaniyadan Kubaya yola düşüblər. Onlara burada ABŞ-dan sığınacaq alanadək gözləməyi planlaşdırırdılar.

Lakin nə Kuba, nə də digər Amerika ölkələri, həmçinin Kanada da onları qəbul etmədi. Nəticədə gəmi geri dönməli olub. Yəhudi qaçqınları Böyük Britaniya, Fransa və digər Avropa ölkələri qəbul edib.


Kanada 79 il sonra yəhudilərdən üzr istədi - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
     13.11.2018
    Müəllim qalstuksuz gələn tələbələri döydü - VİDEO
    Hadisə Özbəkistandan baş verib.
     13.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ