EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:25.10.2017 16:48:26

Heydər əl-Abadi "Həşdi-Şabi"ini rəsmi bir təşkilat olaraq xarakterizə edib və İraq xalq könüllü güclərinin terroristlərə qarşı mübarizədə çox əhəmiyyətli rolunun olduğunu söyləyib.

İslamazeri.com ərəb mediasına istinadən xəbər verir ki, İraq Baş naziri Heydər əl-Abadi dünən gecə Amerika xarici işlər naziri Tillerson ilə görüşündə, Bağdad rəhbərliyinin İraq xalq könüllü güclərini qəti bir şəkildə dəstəklədiyini söyləyib.

İraq Baş naziri Amerika xarici işlər nazirinin "Həşdi-Şabi"ylə əlaqədar son açıqlamalarına reaksiya verərək, "Həşdi-Şabi" İraq və regionun ümididir" deyib.

Heydər əl-Abadi "Həşdi-Şabi"ini rəsmi bir təşkilat olaraq xarakterizə edib və İraq xalq könüllü güclərinin terroristlərə qarşı mübarizədə çox əhəmiyyətli rolunun olduğunu söyləyib.

Abadi heç kimin iraqlılar haqqında qərar qəbul etmə haqqına sahib ola bilmədiyini ifadə edərək, "Həşdi-Şabi" gücləri bütün iraqlılarındır" deyib.

ABŞ xarici işlər naziri Səudiyyə rejimi xarici işlər naziri ilə görüşməsində etdiyi açıqlamada, İraqda İŞİD-ə qarşı mübarizə aparan şiə milis güclərinin işinin bitdiyini və indi onların ölkələrinə dönmələri lazım olduğunu iddia etmişdi.


İraq Baş naziri ABŞ dövlət katibinə: "Həşdi-Şabi" İraq və regionun ümididir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kafirlərin müsəlmanlar üzərində olan PLANI - Ayətullah Behcətin dilində...
    "Onlar ilk öncə dinimizi əlimizdən alır, daha sonra isə sərvətimizi talan edirlər."
     17.11.2018
    Deputat: Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib
    O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu növ içkilərin aludəçilərinə çevriliblər
     17.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ