EURO 1,8751 TRY 0,287
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:26.09.2019 09:42:44

Çeçenistan başçısı elektron siqaretlə bağlı danışıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası Çeçenistan Respublikasında elektrok siqaretlərin respublikaya daxil edilməsi və yayılması tam şəkildə qadağan ediləcək. Bu haqda Çeçenistan başçısı Ramzan Kadırov bəyan edib.

“Birbaşa deyirəm, biz elektron siqaretlərin idxalı və yayılmasını tam şəkildə qadağan etmək niyyətindəyik. Əminəm ki, bu təşəbbüsü parlament də dəstəkləyəcək. Biz əminik ki, veyplər əhalinin sağlamlığı üçün təhlükə mənbəyidir”, - deyə o qeyd edib.

O bildirib ki, bir çox ölkələr artıq elektron siqaretlərin idxal, satış və reklamını qadağan edib.

“Biz iki hərbi əməliyyat zamanı çox sayda insan itirdik və gənc nəslin şübhəli çəkmə qarışıqlarına, veyplərə, steroidlərə, həmçinin potensial təhlükəli psixoaktiv maddələrə görə həlakına yol verə bilmərik”, - deyə o qeyd edib.


Kadırov: Elektron siqaret qadağan ediləcək! Gəncləri qorumalıyıq!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Milli Şuranın mitinqinə razılıq verilib, amma...
    Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
     17.10.2019
    Vilayət Eyvazov daha iki rəis təyin etdi
    Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ