1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:02.12.2019 11:20:21

Maltanın Baş naziri Joseph Muscat bir jurnalistin öldürülməsi ilə bağlı yaranmış böhranın fonunda milli televiziya vasitəsilə yeni ildə istefa verəcəyini açıqlayıb.

İslamazeri.com "bbc"yə istinadən xəbər verir ki, Maltanın Baş naziri Joseph Muscat bir jurnalistin öldürülməsi ilə bağlı yaranmış böhranın fonunda milli televiziya vasitəsilə yeni ildə istefa verəcəyini açıqlayıb.

O, hakim partiyadan yanvarın 12-də yeni Baş nazirin seçilməsi üçün prosesin başladılmasını xahiş edəcək.

Nümayişçilər jurnalist Daphne Caruana Galizianın ölümünün istintaq prosesi ilə bağlı dərhal Baş nazirin istefasını tələb ediblər.

Caruana Galizia Maltanın iş və siyasi elitası arasındakı korrupsiyanı araşdırarkən 2017-ci ildə avtomobilinə bomba qoyularaq öldürülüb.

Hökumət rəsmiləri ilə əlaqəsi olduğu iddia edilən bir iş adamı şənbə günü qətldə iştirakda ittiham edilib.

İşdən çıxmaq qərarını izah edən cənab Muscat cinayət istintaqının necə aparılması ilə bağlı fikrini də söyləyib: "Bəzi qərarlar yaxşı idi, digərləri daha yaxşı verilə bilərdi".

"Öhdəmə düşmüş bütün məsuliyyət şübhəsiz ki, qurbanın ailəsinin yaşadığı ağrılarla müqayisə olunmaz" deyib.

Muscat vəzifədən nə vaxt gedəcək?

O, 12 yanvarda hakim partiyanın liderliyindən və "sonrakı günlərdə" Baş nazirlikdən istefa verəcəyini söyləyib.

Cənab Muscat hakimiyyətdə altı ildir təmsil olunur. İki seçkidə qalib gəlib və Avropa İttifaqının ən kiçik üzv dövlətində bir müddət çiçəklənmə və sosial islahatlara rəhbərlik edib.

"Malta yeni səhifə açmalıdır və bu siqnalı yalnız mən verə bilərəm", - Muscat deyib.

O bu qərarı partiyasının parlament qrupu ilə dörd saatlıq görüşündən sonra qəbul edib, görüşdə iştirak etmiş millət vəkilləri "Baş nazirin qəbul edəcəyi bütün qərarlara yekdilliklə dəstək veriblər".

Niyə etirazçılar Muscatın indi getməsini istəyirlər?

Etirazçıların böyük hissəsi öncə paytaxt Valletta şəhərində cənab Muscatın dərhal istefasını tələb etmək üçün toplaşıblar.

Onlar Caruana Galizianın öldürülməsində vasitəçi olduğu ehtimal edilən Melvin Theuma ilə yanaşı cənab Muscatın keçmiş rəhbər işçisi Keith Schembrinin şəkillərini binanın qapılarına yapışdırıblar.

Böhranı həll etməyə çalışan cənab Muscata qarşı qəzəb bu həftə sonu iş adamı Yorgen Fenechin qətldə iştirakda ittiham edilməsini təkzibdən sonra artıb.

Cənab Fenech-in 2016-cı ildə mediaya sızdırılmış hüquq firmasına məxsus "Panama Sənədləri"ndə adı keçən, Dubayda qeydiyyatdan keçmiş sirli "17 Black" şirkətinin sahibi olması ötən il müəyyən edilib.

"17 Black"in cənab Schembri və Turizm naziri Konrad Mizzi tərəfindən qurulan şirkətlərə gizli ödənişlər etməyi planlaşdırması ilə bağlı iddialar var.

Hər iki şəxs bu həftə istefa veriblər, lakin hər hansı bir yanlışlığı inkar ediblər və cənab Mizzi cənab Fenech ilə hər hansı bir iş əlaqəsini rədd edib.

Caruana Galizianın avtomobilində bomba partladılaraq öldürülməsində ittiham olunan daha üç nəfər həbsdədir.

Öldürülən jurnalistin ailəsi Baş nazirin dərin güzəştə getdiyini və son iki ildə Maltanın uğursuzluğa düçar olmuş siyasəti təmizləmək üçün istefa verməli olduğunu bildirib.

Onlar iddia ediblər ki, onun vəzifədə olduğu müddətdə Caruana Galizianın ölümü ilə əlaqədar tam bir araşdırma aparmaq mümkün olmayıb.

Digər bir məsələ cənab Muscatın İqtisadiyyat naziri Chris Cardonanı bazar günü vəzifəsinə bərpa etməsi olub. Cənab Cardona çərşənbə axşamı polis tərəfindən sorğu-sual edildikdən sonra özünü işdən kənarlaşdırmışdı. O, hər hansı bir yanlış hərəkətini inkar edir.

Üç nəfər - qardaşlar Alfred və George Degiorgio və onların 50 yaşlarında olan dostu Vincent Muscat - 2017-ci ilin oktyabrında evinin yaxınlığında Caruana Galizianı maşınında öldürən bombanı işə salmaqda ittiham olunurlar.

Onlar 2017-ci ilin dekabrında həbs olunublar və məhkəmədən əvvəl icraatda təqsirli olmadıqlarını bildiriblər.

Daha sonra Vincent Muscat polisə bombanın Caruana Galizianın avtomobilinə evindən kənarda park edildiyi zaman qoyulduğunu söyləyib.

Reuters xəbər agentliyi bildirir ki, qətl üçlüyə 150 min avro (132.000 funt) qazandırıb.


Jurnalistin qətlinə görə Maltanın baş naziri istefaya gedəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ