EURO 1,8964 TRY 0,2805
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.05.2019 09:50:57

Jurnalist "SOCAR prezidenti Rövnəq Abdullayevə bağlı şirkətlər" - kimi yazılara görə dəvət edilib

Bakı şəhər Prokurorluğundan çıxdım. Məni çox "hörmətlə" qarşıladılar, telefonumu, qolumdakı saatı, eynəyimi, açarları aldılar, sonra məni aparatla ciddi yoxlayıb binaya buraxdılar.

Criminal.az saytının rəhbəri Anar Məmmədov mayın 15-də Bakı şəhər Prokurorluğuna dəvət edilib. Prokuroluğun İstintaq idarəsinin rəisi Rəşad Mansurov iki saatadək jurnalistlə söhbət apardıqdan sonra o, azad buraxılıb.

"Dünən bir ilə yaxın prokurorluqda saxlanılan "macbook"un qaytarılacağı üçün Bakı şəhər Prokurorluğina dəvət edildiyim deyilsə də, səbəb başqa idi - SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti). Mən SOCAR haqda yazılar verdiyimə görə bundan öncə də Bakı Şəhər Prokurorluğuna çağırılmışdım. Rəşad Mansurovla söhbətim zamanı, o, belə yazıları dayandırmağımı tövsiyyə etdi. Niyə, hansı səbəbdən SOCAR haqqında məqalələr yaydığımı soruşdu. Heç bir məqsədimin olmadığını dedim. SOCAR-dan criminal.az saytına haker hücumlarını dayandırmasını Rəşad müəllimdən xahiş etdim. Bundan başqa, SOCAR-ın məni maddi şirnikləndirmə yolu ilə ələ almaq niyyətini Mansurovun diqqətinə çatdırdım. Bütün söhbətimizin əsası "SOCAR-dan yazma" idi", deyə jurnalist facebook səhifəsində yazıb.

O yazır ki, İstintaq idarəsinin rəisi Rəşad Mansurov "macbook"un barəmdəki məhkəmə qərarı qüvvəyə minməmişdən qabaq mənə qaytarılması üçün rəhbərliyə ərizə yazmağımı məsləhət gördü.

Ərizəmi yazdım və prokurorluqdan çıxdım.

"Qeyd edim ki, Mansurovdan dəfələrlə SOCAR-la bağlı hər hansı şikayətin olub-olmaması sualıma cavab ala bilmədim. Nəticə budur ki, SOCAR haqqında yazılarıma görə qeyri-rəsmi şəhər prokurorluğuna çağırılıram və şifahi də olsa xəbərdarlıq alıram", deyə jurnalist yazır.

Criminal.az saytı son günlər meydan.tv və sosial şəbəkələrdə yayılmış "SOCAR prezidenti Rövnəq Abdullayevə bağlı şirkətlər", ""Əhmədzadə qardaşlarının "SOCAR Trading"dəki özəl biznesi", "Rövnəq Abdullayevin oğlunun Türkiyədəki varidatı: Şirkətlər, otellər, restoranlar, əyləncə mərkəzləri, daşınmaz əmlak biznesi...", "Mübariz Mənsimovun gəmiləri Hacı Məmmədovun oğurlayıb qulağını kəsdiyi şəxsə verilibmiş", "Londonda 6 milyon funt sterlinqə mənzili kim alıb? - O, milyonluq at minir..." və başqa araşdırma yazılarını dərc edib.

2019-cu il martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi criminal.az saytının baş redaktoru Anar Məmmədova 5 il 6 ay şərti cəza verib.

Hökmə əsasən, Anar Məmmədov Gəncə şəhərinin icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu səbəbdən şəhərin mərhum polis rəisi Rasim Musayevlə aralarında yaranan insident barədə yazılara görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz.

Jurnalist özünü təqsirli bilmir. Məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.

2018-ci il iyulun 9-da Baş Prokurorluq internetdə həmin ilin yayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminal.az, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib. (Turan agentliyi)


Jurnalistə SOCAR-la bağlı məqalələr dərc etməmək tövsiyə edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yəmənlilər Səudiyyəyə məxsus çox saytda hərbi avtomobil və silah-sursat ələ keçirdi - VİDEO
    İslamazeri.com-a "almasirah"a istinadən xəbər verir ki, Qutba şəhərində Səudiyyə Ordusunun Yəmən xalqı ilə döyüşmək üçün xaricdən gətirdiyi muzdluların əlində olan onlarla hərbi və pikap avtomobili, o cümlədən silah sursat Yəmən könüllülərinin əlinə keçib. Yəmənlilər 48 saat əvvəl keçirdikləri əməliyyat zamanı hərbi nöqtələri ələ keçirmişdi.
     22.05.2019
    Bu cür olsaq - görərik heç günah etmirik
    İslamazeri.com-un "Din" rubrikasından:
     22.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ