EURO 1,8691 NEFT 51,35
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:04.03.2017 12:05:12

“Hacı Sərdarın həbsi və digər belə repressiv hərəkətlərin səbəbi vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rəhbəri olduqları rayonları ata mülkü sayaraq, xalqın, dövlətin əmlakını çapıb-talayan “kiçik padşahların”, sair məmurların öz qanunsuz əməllərini ört-basdır eləmək cəhdlərindən başqa bir şey deyil.”

İslamazeri.az xəbər verir ki, bunu jurnalist Qurban Cəbrayıl tanınmış ilahiyyatçı, Azərbaycan Ruhanilər Məclisinin üzvü, “Maidə” saytının təsisçisi və baş redaktoru Sərdar Hacıhəsənliyə qarşı əsassız təzyiqlərə münasibət bildirərkən deyib: “Amma unudurlar ki, daimi xoflanma və çırpınmalardan irəli gələn belə addımlar çıxış yolu olmamaqdan əlavə, tamamilə əks-effekt verir, aidiyyatı qurumların, ən başlıcası kütlələrin nəzər-diqqətini gizlətməyə çalışdıqlarının üzərinə cəmləyir, böyük ictimai qınaqla nəticələnir. Məsələn, qanuni sosial haqlarını tələb edən sakinlərə, azad fikirli insanlara - dindarlara, bloggerlərə, jurnalistlərə yönəlik zorakılıqların böyük bir hissəsinin Masallı rayonunun, cənub bölgəsinin payına düşməsi ölkədə hər kəsə aydındır və bunun köklərinin araşdırılmasına ciddi ehtiyac var.”

 

Qurban bəy baş verənlərin Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcəyindən narahatlığını da dilə gətirib: “Şeyx Sərdar təkcə ölkəmizdə yox, regionda, müsəlman aləmində də nüfuz sahibidir; Beynəlxalq İslam Oyanışı Təşkilatında iki təmsilçimizdən biridir. Onun azadlığının əsassız şəkildə məhdudlaşdırılması nə ötənilki multikulturalizm layihələri kontekstində milli ruhaniyyətin mənafeyinə cavab verir, nə də 2017-nin İslam Həmrəyliyi ili elanı ilə bir araya sığışır...”

Q.Cəbrayıl bildirib ki, ümumiyyətlə, ibadət əhlinin, dindarın Cümə namazında iştirakına görə tutuqlanması absurddur: “Mənim Sərdar Babayevlə yaxından tanışlığım yoxdur; sadəcə, bir neçə dəfə müxtəlif tədbirlərdə görüşmüşük və çıxışlarını dinləmişəm. Olduqca məntiqli, savadlı, dünyagörüşlü, pərizkar qardaşlarımızdandır, yüksək natiqlik qabiliyyətinə malikdir. Rəhbərlik etdiyi sayt da dövlətçiliyə, mənəvi-əxlaqi dəyərlərə sadiqdir; bütün sahələr üzrə informasiyalar, təhlillər verir, dünyəviliklə yanaşı, dini təqvimi də əsas tutur, İslam maarifçiliyi, müqəddəsatın mövludu-şəhadəti barədə maraqlı yazılarla çıxış edirlər. Yəni belə başa düşürəm ki, missionerlərin at oynatdığı, ailə institutuna qarşı hücumların reallaşdığı, gənclərin zərərli

vərdişlərə qurşandığı, intiharların baş alıb getdiyi, cəbhədə azğın erməni təxribatlarının vüsət aldığı indiki şəraitdə Hacı Sərdarın, Hacı Mövsümün, Hacı Abgülün, Seyid Fəramizin, Ruhullah Axundzadənin və digərlərinin zindanlarda yox, xalq arasında olmaları daha zəruridir! Allah tezliklə qapılarını açsın!”

Xəzər


Jurnalist: Şeyx Sərdar Beynəlxalq İslam Oyanışı Təşkilatında təmsilçimizdir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Husilər Səud şəhərlərini ballistik raketləri ilə atəşə tutdu
    Yəmənin "Ənsarullah" hərəkatı Səud şəhərlərini ballistik raketlərlə atəşə tutdu.
     28.03.2017
    Vəkil satirik şairlə görüşüb:
    Vəkil Elçin Sadıqov satirik şair Tofiq Həsənli ilə görüşüb.
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ