EURO 1,9163 TRY 0,2477
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:29.08.2019 21:17:05

O, 5 il həbs həyatı yaşayıb

Bu gün avqustun 29-da jurnalist Seymur Həzi azadlığa buraxılıb. Onun 5 illik həbs müddəti bu gün tamamlanıb.

"Azadlıq" qəzetinin şöbə müdiri, "Azərbaycan saatı" televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Avtobus dayanacağında Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda ittiham edilən jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edib və özünü təqsirli bilməyib. O, məhkəmədə bildirib ki, Məhərrəm Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib.

Jurnalist həbsinin səbəbini "Azadlıq" qəzetində hakimiyyəti tənqid edən məqalələri, "Azərbaycan saatı" proqramındakı çıxışlarıyla əlaqələndirib.

"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi əqidəsinə, baxışlarına görə insanların təqib edilmədiyini deyir.

Avropa İnsan Hüquqları Məhkəməsi ötən il Seymur Həzi ilə bağlı qərarını elan edib. Bu qərar jurnalistin 29 avqust 2014-də həbs edilməsi barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə idi.

Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat altına alınan hüquqlarının pozuntusunu tanıyıb.

Qərara əsasən, Azərbaycan hökuməti Seymur Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir. (VOANews.com)


Jurnalist Seymur Həzi azadlığa buraxılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Shafaqna Azərbaycanca” fəaliyyətə başladı - MÜSAHİBƏ
    Ayətullah Şəhristaninin Gürcüstan təmsilçisi, Alulbayt Gürcüstanın rəhbəri Hacı Faiq Nəbiyevlə müsahibə...
     10.07.2020
    Rusiyada ildırım daha bir kilsəni yandırdı -Yanma anının videosu
    Yanğının söndürülməsi prosesinə 14 insan və 5 ədəd texnika cəlb edilib.
     10.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ