EURO 1,8398 TRY 0,251
USD 1,7 RUB 0,0224
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.03.2020 18:48:59

Jurnalist Əfqan Muxtarlı azadlığa çıxıb.

“Report”un məlumatına görə, Suraxanı Rayon Məhkəməsində onun cəzasının qalan hissəsindən azad edilməsi ilə bağlı müraciətə baxılıb. 

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlının cəzasının qalan hissəsi şərti hesab olunaraq azadlığa buraxılıb. 

Qeyd edək ki, ittihama görə, Ə.Muxtarlı 2017-ci il mayın 29-u saat 22:40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) maddələri ilə ittiham irəli sürülüb.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.


Jurnalist Əfqan Muxtarlı azadlığa buraxıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa yoluxan Conson reanimasiya şöbəsinə yerləşdirildi
    Bu haqda Britaniya baş nazirinin ofisindən xəbər verilib.
     07.04.2020
    Nyu-York: Koronavirusa görə ölənləri parkda dəfn edəcəklər
    Nyu-Yorkun qanunvericilik orqanının nüfuzlu üzvü Mark Levin bildirib ki, koronavirus qurbanlarını müvəqqəti olaraq şəhər parklarında dəfn etmək lazım gələcək.
     07.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ