EURO 1,9343 NEFT 71,99
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:05.06.2018 18:33:14

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun sözlərinə görə Şirkətin idarəetmə heyətində dəyişikliklər İctimai Televiziya və Radionun işinin effektivləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması məqsədilə edilib.

İslamazeri.com xəbər verir ki, bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, iclasda baş direktor Balakişi Qasımovun yeni təyinatlar məsələsi üzrə təkliflərinə baxılıb. Müzakirələrdən sonra Murad Məhəmməd oğlu Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktor müavini, Yusif Bayandur oğlu Həmidov maliyyə direktoru, Faiq Akif oğlu Qürbətov Aparat rəhbəri, Leyla Mütəllim qızı Quliyeva bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri vəzifəsinə təsdiqləniblər.

İclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin bu vəzifələrdə çalışan sabiq əməkdaşlarına göstərdikləri fəaliyyətə görə təşəkkür edilib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun sözlərinə görə Şirkətin idarəetmə heyətində dəyişikliklər İctimai Televiziya və Radionun işinin effektivləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması məqsədilə edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayev də vəzifəsindən gedib.

İslamazeri.com BakuPost-a istinadən xəbər verir ki, o, dünən rəhbərliyə işdən azad olunması üçün ərizə ilə müraciət edib. Onun ərizəsi qəbul edilib.

Məlumat üçün bildirək ki, H.Abdullayev bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və ATV-nin vitse-prezidenti olub.

TV-nin yeni rəhbərliyi artıq onun yerinə namizəd də tapıb. Əldə olunan məlumata görə, yeni rəhbərliyin "Carçı” xəbərlər departamentinə nəzarəti həvalə etdiyi Murad Hüseynov hələ ki, bu posta yeganə namizəddir.

Yayım Şurasının bu dəqiqələrdə keçirilən iclasından sonra onun baş direktorun müavini vəzifəsinə təsdiqlənəcəyi gözlənilir.

Ümumiyyətlə isə, İTV-nin baş direktorluğu vəzifəsini müvəqqəti icra etməyə başladığı gündən Balakişi Qasımov Murad Hüseynova yüksək etimad göstərib. O, Yayım Şurasının seçimləri rəsmi elan etdiyi günə qədər özündən sonra ən yüksək səlahiyyətləri məhz M. Hüseynova verib. TV-də edilən islahatlardan tutmuş kadr dəyişikliklərinə kimi bütün işlərə adıçəkilən şəxs nəzarət edir.

Görünür, B. Qasımov rəsmən baş direktor elan edildikdən sonra isə onu öz müavini kimi görmək istəyib və namizədliyini irəli sürüb.


İTV-nin yeni direktoru kadr dəyişikliyinə başladı - Müavini getdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türk dövləti kişi saçının boyanmasını qadağan etdi
    "Hüquq-mühafizə orqanlarının əməkdaşları göstərişin “yuxarından” gəldiyini deyiblər."
     17.08.2018
    Vatikan keşişlərin uşaqları zorlaması ilə bağlı: Xəcalət çəkirik...
    "Qurbanların ləyaqət (mənlik, heysiyyat) və imanları oğurlandı"
     17.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ