EURO 1,9983 NEFT 64,06
USD 1,7001 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:05.05.2017 15:56:02

Küçədəki dostlarımızdan olan itlər bəzən də insana hücum edir. Bəs bir it hücumu qarşısında nələr etməniz lazım olduğunu bilirsinizmi? İt hücumunun qarşısını ala biləcək hərəkətlər.

1)Göz təması yaratmayın


İtin gözünün içinə baxmaq təhdid kimi qəbul edilir və bu sizə hücum etməsi üçün bir səbəb ola bilər. İti nəzər dairənizdə saxlayaraq göz təmasından qaçın. Təhdid kimi qəbul etməyəcəyi üçün uzaqlaşıb gedəcək.

2)Təlaş etməyin

İt və digər heyvanların qorxunu hiss etdiklərinə inanılır. Sizə hürən və qəzəblənən əsəbi bir iti görəndə çətin də olsa sakitləşməyə çalışın. Əgər qışqırıb qollarınızı sallasanız və ya qaçmağa çalışsanız bu itin sizi ov kimi görməsini təmin edə bilər və sizə hücum edə bilər.

3)Yavaşlayın

Qaçarkən təcavüzkar bir itlə qarşılaşsanız addımlarınızı seçin. İtin istiqamətindən əks tərəfə doğru yavaşca yeriyərək göz ucu ilə də onu kontrol edin. Qollarınızı iki tərəfdə bədəninizə birləşmiş vəziyyətdə tutaraq dik şəkildə durmağınız itin sizə marağını itirəcək.

 

4)Başını qatın

Nəsə ilə itin başını qata bilərsiniz. Yanınızda yeməli bir şey varsa, yaxşı olar. Amma yoxdursa, ayaqqabı, şüşə və ya çanta kimi çeynəyə biləcəyi bir şey verə bilərsiniz. Bu itin başını qatıb sizin qaçmağınız üçün vaxt qazandıracaq.

5)Göstəriş verin

Əgər it aqressiv davranmağa davam edirsə, göz təması qurmadan üzləşin. Getməsi üçün göstərişlər verin. Səs tonunuza diqqət edin, güclü və özündən əmin olmalıdır. İtlər çox kəskin səslərdən xoşlanmırlar. Ən təsirli göstərişlər isə "Xeyr" və "Geri çəkil, get" deyə bilərsiniz. Sərt bir səs tonunda şiddət ehtiva etmədən bu əmri versəniz it bunu başa düşəcək.

 

İslamazeri.com "Haberler.com"a istinadən...


İt hücumuna qarşı mütləq edilməsi lazım olan 5 HƏRƏKƏT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xaricdə əyani təhsil alan tələbələr Azərbaycanın təhsil müəssisələrinə belə köçürüləcəklər
    Ölkə daxilində bakalavriat və magistratura səviyyəsində köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal əsas götürüləcək
     13.12.2017
    Türkiyənin müxtəlif şəhərlərində geniş ANTİ-FETÖ əməliyyatı
    Fətullah Gülənin terror qruplaşması ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı növbəti əməliyyat keçirilib
     13.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ